BolgeXeber.Com » Bölgə » Ağcabədi sakini iki polis işçisinin əlində aciz qalıb

Ağcabədi sakini iki polis işçisinin əlində aciz qalıb

12-08-2013, 12:55
Oxunub: 5 080 İbadət Məmmədov: «Baş təhqiqatçı Elnur və köməkçisi Elçin Piriyev evimə çəkilmiş elektrik xətlərini maşına bağlayaraq qırdırıb»

Ağcabədi sakini İbadət Məmmədov rayon Polis Şöbəsinin iki əməkdaşının əlində aciz qalıb. Jam.az-a müraciət edən Məmmədov bildirib ki, Ağcabədi rayon Polis Şöbəsinin baş təhqiqat şöbəsinin rəisi Elnur və onun köməkçisi Elçin Piriyev bu ilin iyununda onun evinə çəkilmiş elektrik xətlərinin qopardılması barədə göstəriş veriblər.

O bildirib ki, Nadir Ələkbərovun idarə etdiyi UAZ markalı maşınla onun həyətinə gələn sözügedən şəxslər elektrik xətlərini elə həmin maşına qoaşaraq, dartaraq qırıblar. «Həmin vaxt Polis İdarəsinə ərizə və şikayətlə müraciət etdim. Ərizəni Elnur və onun köməkçisi Elçin ort-bastır edib rədd qərarı verdilər».

İbadət Məmmədov nə edəcəyini bilmədiyini və bununla bağlı mətbuat vasitəsi ilə yuxarılara müraciət etdiyini vurğulayıb. «Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənə bu məsələdə yardımçı olasınız».
Bolgexeber.com