BolgeXeber.Com » Bölgə » Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsi vətəndaşların şikayətlərinə məhəl qoymur
Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsi vətəndaşların şikayətlərinə məhəl qoymur
15-08-2013, 16:30
Oxunub: 5 340
“Azyaşlı körpələrimizi ev dusdağı etmişik”
Bölgə müxbirimiz Murad Heseynova müraciət edən 73 yaşlı Göytəpə şəhər sakini Rzayeva Gülbahar Cəbi qızı bildirib ki ,yaşadığı Babək küçəsində ona məxsus olan mənzilin 4-5 metrliyindəki yüksək gərginlikli elektirik dirəyi sovet dovründən bu vaxta kimi yenisi ilə əvəz edilməyib. Bu üzdən elektirik dirəyi çürüyərək yararsız hala düşüb ,elektirik naqilləri isə ,bir necə yerdən bir-birinə calaq edilib .Şikayətçinin bildirdiyinə görə çürüyüb yararsız hala düşən elektirik dirəyi calaq edilmiş naqillərin üzərində ,onun mənzilinin üstündə yıxılı vəziyyətdə qalıb .Şikayətçi ərizəsində onu da əlavə edib ki , ailə üzvləri həyət -bacada gəzməyə belə qorxurlar .
“Azyaşlı körpələrimizi ev dusdağı etmişik.Dəfələrlə Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsinin texniki işlər üzrə rəhbəri Nizami Hüseynova müraciət etsək də o hər dəfə müraciətimizə cavab olaraq bildirib ki, narahat olmayın gedin ,sabah işçilər gəlib problemi aradan qaldıracaqlar. Bu sözlərin üstündən aylar keçib,ancaq kimsə yaranmış təhlükəli vəziyyətlə bağlı heç bir tədbir görmədi.
Avqust ayının 3 -də məcbur olub Şirvan Elektrik Şəbəkəsinin qaynar xətt nömrəsi ilə əlaqə saxlayb, yaranmış təhlükəli vəziyyəti diqqətlərinə çatdırdım .Bildirdim ki ,Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsinin dəfələrlə müraciət etsək də kimsə bizim məsələ ilə maraqlanmayıb.Zəngimizdən sonra Cəlilabad Elektrik Şəbəkəsinin texniki işlər üzrə rəhbəri Nizami Hüseynov deyilən ünvana baş çəkdi və vəziyyətlə tanış olduqdan sonra həmişəki kimi bu dəfədə “darıxmayın həll olunacaq ,materialımız yoxdur, gəlsin həll edərik” deyib bizi təhlükəli vəziyyətlə üz- üzə qoyub getdi”- Rzayeva Gülbahar müxbirimizə bildirib.
Qeyd edək ki,bölgə müxbirimiz Murad Hüseynov adıçəkilən ünvana baş çəkərək yaranmış problemlə yaxından tanış olub .
Qeyd edək ki , redaksiyamız dəfələrlə işıqla bağlı vətəndaşların şikayətləri ilə maraqlanıb və araşdırmalarımız nəticəsində məlum olub ki, Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsinin bərbad vəziyyətdədir .Rayonun qəsəbə və kəndlərində isə vəziyyət daha acnacaqlıdır; elektirik dirəkləri tamamıilə sıradan çıxıb, naqillərə gəldikdə isə naqillər bir neçe yerdən bir-birinə calaq edilib.
Bütün bunlardan belə qənaətə gəlmək olur ki ,Cəlilabad rayon Elektik təsərrüfatında nəinki heç bir müsbət yenillik baş verməyib ,əksinə yalan sənədlər ilə aidiyyatı qurumlara hesabat verilir ki , güya Cəlilabad rayonununun Elektirik təsərufatında heç bir nasazlıq və problem yoxdur .Bu kimi sözlər Cəlilabad rayon Elektirik şəbəkəsinin rəhbərliyi tərəfindən dəfələrlə mətbuata verilən məlumatlarda özünü əksini tapıb,halbuki,vəziyyət tam əksinədir.Necə deyərlər,görünən dağa nə bələdçi...
Məsələ ilə əlaqədar Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsinin texniki işlər üzrə rəhbəri Nizami Hüseynovla əlaqə saxlayıb yaranmış məsələyə münasibət bildirməyini xahiş etdik Nizami müəllim məsələdən xəbərdar olduqunu bildirdi və, dedi ki, lazım olan materiallarımız gələn kimi söz verirəm ki ,iki günə bu məsələ həll olunacaq.
Mövzunu diqqətdə saxlayacayıq...
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Qafqaznews.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər