BolgeXeber.Com » Bölgə » Lənkəranda baş həkim xəstələrə göndərilən pulsuz dərmanı onlara vermir
Lənkəranda baş həkim xəstələrə göndərilən pulsuz dərmanı onlara vermir
15-08-2013, 16:55
Oxunub: 5 196
Lənkəran rayon Mərkəzi Xəstəxanasının baş həkimi xəstələrdən gizlənir
Lənkəranda 100-dən çox şəkərli diabet xəstəsinə pulsuz insulin verilmir. Rayonun Şiəkəran kənd sakini, şəkərli diabet xəstəsi Bahadur Məmmədov “Azadlıq”a deyir ki, 3 aydır dövlət xəstəxanasından insulin götürə bilmir.
17 ildir bu xəstəlikdən əziyyət çəkən sakin gün ərzində 3 dəfə insulin vurduğunu deyir. Insulinin qiyməti 10 manatdır. “Baş həkim insulini qohum-qonşusuna verir, bizə çatmır. Xəstəxanaya getmək üçün 15 kilometr yol qət edirik. Hər dəfə gedib-gəlmək 20 manata başa gəlir. Axırda da dərman ala bilmirik”.
57 yaşlı B.Məmmədov Lənkəran rayon Mərkəzi Xəstəxanasının 8 ildir onlara qanda şəkəri yoxlamaq üçün aparat da vermədiyini deyir. “Icra Hakimiyyətinə gedib şikayət elədik. Icra başçısının müavini xəstəxananın baş həkiminə zəng elədi, amma o telefonu götürmədi. Səhiyyə Nazirliyinə şikayət yazdıq, amma cavab gəlmədi. Xəstəxanaya gedib baş həkimlə görüşmək istədik, bizim qarşımıza çıxmadı, gizləndi. Bilmirik kimə deyək ki, bizim problemimizi həll eləsinlər?!”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Azadlıq”a bildirdilər ki, dərman və qanda şəkəri ölçmək üçün aparatlar xəstəxanaya göndərilir. Mətbuat xidməti və biz Lənkəran rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyevlə əlaqə yaratmağa çalışsaq da o, mobil telefonunu götürmədi. Baş həkimə mətbuat üçün açıqlama almaq istədiyimizi yazandan sonra isə o, telefonunu söndürdü.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər