Sahibkar Oğuzda ağır qəza törədib; 3 ölü 1 ağır yaralı- Foto
17-08-2013, 12:20
Oxunub: 4 642
Özü və iki ailə üzvü ölüb, qızı isə yaralanıb
Azərbaycanın Oğuz rayonunda ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.
Şəki şəhər sakini, 1959-cu il təvəllüdlü Salahov Zabit Paşa oğlunun idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobili “Azpetrol” şirkətinə məxsus yanacaq daşıyan yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və avtomobildə olan sərnişinlər, sürücünün həyat yoldaşı Təranə Hümbətova və onların nəvələri, 1 yaşı hələ tamam olmamış Ömər Musayev aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər.
Avtomobildə olan digər sərnişin, sürücünün qızı, 1992-ci il təvəllüdlü Günay Salahova Şəki Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, qəzaya düşən avtomobilin sürücüsü Z. Salahov Şəkidə fəaliyyət göstərən “Cənnət Bağı” istirahət mərkəzinin sahibidir. Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq gedir.apa
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər