BolgeXeber.Com » Bölgə » Gəncədə mağazalar yandı

Gəncədə mağazalar yandı

18-08-2013, 10:55
Oxunub: 4 351 Gəncə şəhərində ümumi sahəsi 700 kv.m olan bir mərtəbəli mağaza binasında vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan ətir mağazasının yanar konstruksiyaları və içərisindəki ətriyyat malları, vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan pərdə mağazanın lambirdən ibarət tavanı və içərisindəki mallar, vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan inşşaat malları mağazasının lambirdən ibarət tavanı 5 kv.m sahədə, vətəndaşa məxsus ümumi sahəsi 550 kv.m olan mebel mağazasının lambirdən ibarət tavanı 7 kv.m sahədə (ümumi 92 kv.m) yanıb.
"Qafqazinfo"xəbər verir ki, mağazaların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bolgexeber.com