Polis rəisinin geyimi Vasif Talıbovu qəzəbləndirib
19-08-2013, 09:00
Oxunub: 4 686
Dövlət idarələrində çalışan xanımlara isə qısa ətəkli geyim qadağası qoyulacaq
Bir neçə gün əvvəl mətbuatda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun dövlət idarələrində çalışan şəxslərə qısaqol geyimi qadağan etməsi haqda məlumat yayılmışdı. Vasif Talıbovun dövlət idarələrində çalışan şəxslərə qısaqol geyimi qadağan etməsinin ilginc səbəbi və təfərrüatları bəlli olub. Virtualaz.org saytına bu barədə Naxçıvandakı mənbələr bilgi veriblər.
Qaynağın verdiyi məlumata görə, Naxçıvan “xan”ının bu qeyri-adi addımına səbəb Ordubad rayonundakı idarələrin birində keçirilən iclasda iştirak edən Ordubad Rayon Polis Şöbəsinin rəisi Həsən Məmmədovun geyimi olub.
H.Məmmədov iclasda nə rəsmi geyimdə, nə də polis formasında iştirak etmirmiş. O, idman üslubunda qısaqol köynək və cins şalvar geyinibmiş.
Mənbə deyir ki, Naxçıvan TV-də (NTV) xəbərlər bülletenində iclasdan çəkilmiş kadrlar efirə verilib. Bu kadrları izləyən Vasif Talıbov polis rəisinin bu cür geyinməyinə bərk qəzəblənib və polis rəisini cəzalandırmaq qərarı verib. Nəticədə Həsən Məmmədov vəzifəsindən uzaqlaşdırılıb.
Bununla da kifayətlənməyən Ali Məclis sədri bundan sonra dövlət idarələrində çalışan kişi işçilərin uzunqol köynək və ciddi şəkildə geyinmələrini tələb edib.
Mənbə onu da bildirir ki, yaxın günlərdə dövlət idarələrində çalışan xanımlara isə qısa ətək geyim qadağası qoyulacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər