BolgeXeber.Com » Bölgə » İcra başçısının müavininin jurnalistə cavabı: "Deyəsən, sənin konturun çoxdur" -FOTO
İcra başçısının müavininin jurnalistə cavabı: "Deyəsən, sənin konturun çoxdur" -FOTO
19-08-2013, 10:25
Oxunub: 5 125
Sakinlər Yevlax rayonunda yerləşən istirahət parkının bərbad vəziyyətdə olmasından şikayətçidirlər
Yevlax rayonunda yerləşən istirahət parkı bərbad vəziyyətdədir. Rayon sakinlərinin milli.az-a verdiyi məlumata görə, Zərdabi 2 ünvanında yerləşən park istirahət üçün yararsızdır:
“Rayon rəhbərliyinin də yadından çıxan parkda bir-iki oturacaq qalıb ki, onu da bir neçə gün əvvəl aşırıblar. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, problem həll edilmir”.
Yevlax rayon icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Müstəqim Məmmədov açıqlamasında bildirib ki, park həmin ərazidə yaşayan sakinlər tərəfindən dağıdılıb. Parka dəfələrlə cari təmir aparılsa da, yenə də köhnə vəziyyətini alır.
“Sakin dağıdan park təmir edilmir?” sualına M.Məmmədovun cavabı belə olub:
“O işlə bələdiyyə məşğuldur. Həmin park bələdiyyənin balansındadır. Deyəsən, sənin konturun çoxdur”.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər