İcra başçısı yerinə varisini gətirmək istəyir
20-08-2013, 13:25
Oxunub: 5 609
Hakimiyyətin etimadını itirən Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 21 ildir oturduğu vəzifə kreslosunu ilə vidalaşır
Xocavəndin icra başçısı Eyvaz Hüseynov vəzifədən getmək barədə düşünür. Buna səbəb isə Prezident Adminstrasiyasından aldığı mesajlardır.
Bu barədə pia.az-a Xocavənddən daxil olan məlumatda bildirilir ki, uzun illər boyu (21 il) Xocavənd rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eyvaz Hüsenov artıq hakimiyyət dairələrinin etimadını itirib. Buna görə icra başçısı öz varisini yerinə gətirmək üçün yuxarı dairələrlə təmasa keçib.
Məlumata əsasən Eyvaz Hüseynovun istefaya çıxmasının əsas səbəblərindən biri onun keçmişidir. Belə ki, icra başçısı Milli Qəhrəman olmaq iddiasına düşən və «Asala» rəhbərlərindən biri Monte Melkonyanın başını kəsdiyini iddia edən qardaşı İbad Hüseynovun bəlasına keçib.
Mənbə bildirir ki, qardaşların keçmişini araşdırarkən məlum olub ki, Eyvaz Hüseynov 1992-93-cü illərdə seperatçı Əlikram Hümbətovun dəstəkçilərindən biri olub və Əlikram Hümbətova yardım göstərib. 1995-ci ildə isə «OMON»çularla və Rövşən Cavadovla sıx əlaqədə olub. Buna baxmayaraq həmin həssas dönəmlərdə Eyvaz Hüseynov öz kürsüsünü qoruya bilib. Buna isə əsasən xocavəndlilərin ona verdiyi dəstək sayəsində nail ola bilib. Həmçinin Eyvaz Hüseynov artıq möhkəmlənən hakimiyyətə sədaqətli olacağına inandıra bilib.
Bildirilir ki, 21 il Xocavənd rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Eyvaz Hüseynov artıq hakimiyyət dairələrində «persona non-qrata» elan olunub və onun hakimiyyətə sədaqətinə şübhə ilə yanaşılır. Buna baxmayaraq Eyvaz Hüseynov 21 il idarə etdiyi rayona öz varisini təyin etdirmək üçün çaba göstərir.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər