BolgeXeber.Com » Bölgə » Astara gömrüyünün rəisi Hikmət Məmmədovun obyektində turistin başına tavan uçdu
Astara gömrüyünün rəisi Hikmət Məmmədovun obyektində turistin başına tavan uçdu
20-08-2013, 13:35
Oxunub: 6 000
Gömrükçünün obyektindəki olay gizlədilib.
Hikmət Məmmədov Qubadakı istirahət mərkəzinə nədən əl gəzdirmir?..
Astara gömrük idarəsinin rəisi Hikmət Məmmədovun əlindəki imkanlara və iqtisadi rıçaqlara görə «Rokfeller» ayaması ilə tanındığı mətbuatdan da məlumdur. Amma məşhur Rokfellerdən fərqli olaraq Hikmət Məmmədov deyəsən, hədsiz xəsisdir. Əgər belə olmasaydı, o, Qubada özünə məxsus olan istirahət mərkəzinə bir əl gəzdirərdi.
Bu barədə dia.az-a müraciət edən bir vətəndaş redaksiyamıza yazır ki, təbiət baxımından gözəl və səfalı bir məkan kimi tanınan Qubadakı əksər istirahət mərkəzləri ayrı-ayrı məmurlara, iş adamlarına məxsusdur: «Əslində bütün ölkədə belədir. Hər halda, kasıbların belə bir obyektinin olması imkansızdır. Amma, məsələn, Masallı və Cənub bölgəsindəki digər səfalı yerlərdəki istirahət mərkəzlərindən fərqli olaraq Qubadakı istirahət mərkəzləri sovet dövründən qalmadır».
Vətəndaş bildirir ki, Qubada yerləşən istirahət mərkəzlərində istirahətin bir günü (təkcə qalmaq) 100 manata başa gəlsə də, həmin mərkəzlərin sahibləri aldıqları pulun müqabilində xidmət göstərmirlər: «Təbii ki, buna müvafiq dövlət qurumları nəzarət etməlidir. Amma onların çox güman həmin aşağı xidmətə yuxarı qiymət təklif edən istirahət mərkəzlərinin sahibləri ilə kimsə bacarmır».
Məlumata görə, ən bərbad durumda olanı isə Qubanın Qəçrəş adlanan ərazisində yerləşən, yuxarıda barəsində danışdığımız Astara gömrükxanasının rəisi Hikmət Məmmədova aid obyektdir: «Bu obyektdə olduqca aşağı xidmət təklif olunur. Amma maraqlı orasıdır ki, məhz təbiətinə görə, hər zaman müştərisi olur. Yəqin elə buna görə də Hikmət Məmmədov da digər sahibkarlar kimi obyektinə pul qoymaq, onu müasir standartlara cavab verən vəziyyətə gətirməyi ağlından belə keçirmir».
Vətəndaş bildirir ki, bir neçə gün əvvəl isə Hikmət Məmmədovun obyektində bir faciəli olay baş verib: «Belə ki, orada dincələn bir Bakı sakininin başına qaldığı yerin tavanı uçdu. Xoşbəxtlikdən ölüm olmasa da, vətəndaş yaralandı. Amma bu məsələnin üstü ört-basdır edildi və mətbuata ötürülmədi. Lakin faciələr arta bilər. Çünki təmir, müasirləşmə barədə kimsə düşünmür».
Qarşı tərəfi də dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər