Lənkəranda Səmədağa Abdullayev «bəlası»
21-08-2013, 09:25
Oxunub: 7 914
Miqrasiya Xidmətinin Cənub bölgəsi üzrə nümayəndəsi heç kimi saymır, miqrantlar isə onun əlindən qan ağlayırlar
Son illər Azərbaycana xeyli sayda miqrantların gəlməsi səbəbindən bu sahədə bir sıra qayda-qanunlar yaradılıb. Hazırda ölkəyə gələn miqrantların burada qalması və ya işləməsi üçün xüsusi qaydalar nəzərdə tutulur ki, nəzərdə tutulan sənədlər olmadan xarici vətəndaşların Azərbaycanda yerləşməsi mümkün olmur.
Jam.az-ın aldığı məlumata görə, Cənub bölgəsində isə vəziyyət tamam başqadır. Belə ki, Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional İdarəsinin rəhbəri Səmədağa Abdullayev sözün həqiqi mənasında qanunsuzluqlarla məşğuldur. Bakıda xarici vətəndaşın oturum alması heç də asan olmasa da, Cənub bölgəsində bunu həyata keçirmək çətin məsələ deyil. Əksinə, S.Abdullayevlə görüşüb, «görüm-baxım» etməklə problemi çözmək mümkündür.
Amma S.Abdullayevin bir pis cəhəti də var ki, gözü tutmadığı adama sənədləri düz olsa da, bölgədə yaşamaq haqqı vermir. Min bir bəhanə gətirərək, onu bir təhər ölkədən çıxartdırır. Təbii ki, onun bu məsələdə güvəndiyi adam da var. Həmin şəxs isə qardaşıdır və general rütbəsi daşıyır.
Məlumatlarda vurğulanır ki, Səmədağa Abdullayevin keçmişi heç də parlaq olmayıb. Bir zamanlar, Lənkəran İcra Hakimiyyətində müavin vəzifəsində çalışıb. Həmin dönəmdə icra başçısı ilə yola getməyən idarə rəisinin adı daha sonra qalmaqallı olaya qarışıb. Belə ki, ötən ilin aprelində
Lənkəran rayon sakini Zaur Aslanov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçmək istəyən iki piyadanın vurumuşdu. Hadisə nəticəsində piyadalar - 1963-cü il təvəllüdlü Kərimova Zəminə Fərhad qızı və 1967-ci il təvəllüdlü Əliyeva Arzu Fərhad qızı hadisə yerindəcə ölüb. Amma sonradan məlum olub ki, əslində həmin maşının sükanı arxasında həmin vaxt şəhər icra hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət üzrə müavini işləyən Səmədağa Mirhəmzə oğlu Abdullayev olub. Qəzanı da məhz o törədib. Sadəcə məsuliyyətdən yayınmaq üçün sürücüsü Zaur Aslanovdan hadisəni törətməsini boynuna götürməsini xahiş edib.Məlumatlarda o da vurğulanır ki, S.Abdullayev bu gün də Lənkəranın icra başçısı Taleh Qaraşovla yola getmir. Hətta rayonda keçirilən tədbirlərdə bu iki şəxslərdən biri olarsa, digər ora gəlmir. Rəsmi tədbirlərdə isə idarə rəisinin gəlişi qəti qadağan edilib. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər