İcra hakimiyyəti Gədəbəyin torpaqlarını satıb
22-08-2013, 10:00
Oxunub: 4 745
Rayon sakini: «Mal-heyvanı otarmağa yer tapmırıq»
Gədəbəy sakini Sərxan Babayev mal-qara otarmağa yer tapmır. Deyir, rayonda mal-qara ilə məşğul olmaqdan başqa əhalinin heç bir məşğulluğu yoxdur. Ancaq indi mal-qaranın otlaması üçün otlaq tapa bilmirlər. Bir zamanlar elin yaylağı olan ərazilər başqa adamlara satılıb: “100-dən artıq qoyunum, 30 inəyim var. Ancaq otarmağa yer tapmıram. Otlaqlara yaxın gedən kimi hərə bir kağız çıxarır, ata-baba yaylaqlarımızda mal-heyvan otarmağa imkan vermirlər. Hərə əlinə bir kağız alıb deyir ki, buranı icra hakimiyyətindən satın almışam. Yaylaqlara gedənlərdən pul istəyirlər”.
Hansı torpaqları satmaq qadağandır?
Nazirlər Kabinetinin sərəncamına görə, hər bir rayonda vətəndaşların ümumi istifadəsi üçün torpaq sahələri olmalıdır. Xüsusən əhali daha çox heyvandarlıqla məşğul olan rayonlarda. Bundan başqa, göllərə, çaylara və bir sıra qorunan ərazilərə bitişik torpaqların satılması qadağandır. Gədəbəy rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, örüş sahələrini fiziki şəxslər satın ala bilərlər. Nazirlər Kabinetinin sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı qərarına əsasən, mal-qaranın baş sayına görə insanlara örüş sahələrindən ərazi satılır. Ən çox malı-qoyunu olanlara satılır.
“Sosial yardım vermirlər ki...”
İcra hakimiyyətinin nümayəndəsi bildirir ki, vətəndaşlara mal-qaralarını otarmaq üçün ayrıca sahələr də ayrılıb. Sərxan Babayev isə bunu təkzib edir. Deyir, rayonda pulsuz örüş sahəsi qalmayıb. Satılmış örüş sahələrinə qoyun buraxmaq üçün örüş sahibi mal-qara sahiblərindən hər ay 200 manat verməsini tələb edir: “Bir az səsini çıxaranı da şərləyib tutdurmaqla hədələyirlər. sosial yardım vermirlər ki, mal-qaran, pay torpağın, bir sözlə, gəlir yerin var, sənə yardım düşmür. Ancaq bunların olmasının nə faydası? Su yoxdur, texnika tapmırıq deyə, pay torpaqlarını əkib-biçə bilmirik. Yaylaq yoxdur deyə, mal-qaramızı şəhərdən gələn ət alverçilərinə dəyər-dəyməzinə satmalı oluruq”.
Nicat
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər