BolgeXeber.Com » Bölgə » Lənkəranın icra başçısı çaş-baş düşüb

Lənkəranın icra başçısı çaş-baş düşüb

22-08-2013, 14:30
Oxunub: 4 696 Taleh Qaraşovun işçiləri «təkzib»ləriylə həm özlərini aldadır, həm də prezidentin sərəncamlarını ələ salırlar

Lənkəran rayon İcra Hakimiyyəti mətbuatda özləri haqqında gedən yazılara təkzib verdirmək üçün bütün vasitələrə əl atıblar. Təəssüf hissi ilə bildirək ki, özlərini sudan quru çıxarmaq istəyən bu dövlət qurumunun yalanlarına bəzi saytlar da inanıblar.

Əvvəla, Lənkəran İcra Hakimiyyətinin göndərdiyi «təkzib» məktubunda birmənalı olaraq iddia olunmuşdu ki, guya, prezident dövlət büdcəsindən rayona pul ayırmayıb. Amma bu faktı təsdiqləmək elə də çətin məsələ deyil. Bunun üçün ya prezidentin rəsmi saytına daxil olmalı, ya da məşhur Google saytında axtarış vermək kifayət edər. Orada açıq şəkildə yayılıb ki, bu ilin iyulunda dövlət başçısının sərəncamına əsasən Lənkəran rayonuna 2,5 milyon manat pul ayrılıb. Amma sözügedən dövlət qurumu bütün vəchlə sübut etməyə çalışır ki, guya, prezidentin sərəncamı mövcud deyil. Bu adamlara demək lazımdır ki, siz kimi aldatmağa çalışırsız və ya kimi yalançı çıxarmaq fikrindəsiniz? Özünüzümü aldadırsınız, yoxsa, prezidentin sərəncamlarını ələ salırsız?

Həmin «təkzib»lərdə iddia olunur ki, Boladi-Vilvan yolu «güzgü» kimi çəkilib. Hətta bunun üçün bir-iki fotoşəkil də göndəriblər. Burda deyiblər ki, «Utanmasan oynamağa nə var ki». Heç bir həftə deyil əməkdaşlarımız Lənkəranda səfərdə olublar. İstər şəhərin içində, istərsə də həmin Boladi yolunda maşınların neçə-neçə quyunun üzərindən keçənlər də biz olmuşuq. Hətta Liman qəsəbəsində maşını məcburiyyətdən təmirə verənlər də biz olmuşuq. İndi sual veririk ki, 2,5 milyon manatın aqibəti necə olub? O pullara ortasında «qarmoşka»lar və «yama»lar olan yollarmı çəkilib? Bir də, çəkilmiş fotoşəkillər kollaj deyil ki?

Qaldı ki, Liman qəsəbə sakini Şakir (əsl adı Şükürdür, amma camaat içində Şakir kimi tanınır) Həsənovun sizə müraciətlərinə, bunu onun özü də təsdiq edir. Ən azından adam bizimlə telefonla danışaraq, artıq ona təzyiqlər edildiyini belə bildirir.