BolgeXeber.Com » Bölgə » Lənkəranın Təhsil Şöbəsinin müdiri icra hakimi müavini vəzifəsinə keçir?
Lənkəranın Təhsil Şöbəsinin müdiri icra hakimi müavini vəzifəsinə keçir?
22-08-2013, 16:10
Oxunub: 5 838
Səmədağa Abdullayev Şahanə Əhmədovanı icra başçısının müavini gətirmək istəyir, regional idarədə isə kağız da pulla satılır
Ötən günlərdə Miqrasiya Xidmətinin Lənkəran Regional İdarəsinin rəisi Səmədağa Abdullayevlə bağlı məqalə yayımlamışdıq. Bunun ardından həmin yazıya maraqlı şərhlər gəlib. Həmin şərhləri təsnifləşdirməklə yanaşı, onların içindəki diqqət çəkən məlumatları da dəyərləndirərək oxucuları ilə paylaşmaq qərarına gəldik.
Həmin məlumatlarda deyilir ki, bir zamanlar Lənkəran İcra Hakimiyyəti başçısının təhsil məsələləri üzrə müavini işləyən bu şəxs rayonda təhsilin məhvinə imza ata biləcək səviyyədə qərarlar qəbul edib. Onunla bərabər işləmiş şəxslərin iddiasına görə, Abdullayev rayonda imkanlı adamların siyahısına sahib olan az sayda məmurlardan sayılır. Çünki o, əlindəki həmin varlıların siyahısı ilə hərəkət edərək, onların yaxınlarına yol tapıb bəzilərinə məktəb direktoru və ya bağça müdirəsi vəzifələri satırmış.
Daha sonra qeyd olunur ki, Səmədağa Abdullayev bağça müdirələrindən birinə jest olaraq «Əməkdar müəllim» adı verdirməklə, onu tam öz adamına çevirib. Ardından isə həddindən ziyadə yaxşı münasibətləri olan Şahanə Əhmədovanı Lənkəran təhsil şöbəsinə müdirə gətirdirməyi bacarıb. Hal hazırda da «Əməkdar müəllim»lə şöbə müdiri rayonda «atamanlıq» edir deyən mənbələr vurğulayırlar ki, bu iki qadının qarşısını almaq mümkün deyil.
Məlumatları verənlər yazırla ki, Şahanə Əhmədova bir xeyli müddət Lənkəran məktəblərində dərs deyib. Kimya ixtisası üzrə dərs deyən bu xanım müəllimənin indiyə qədər kütlənin nə olduğu barədə bilmədiyi iddia edilir. Elə Səmədağa Abdullayev haqqında da belə bir məlumat var ki, o, 4-cü sinif misallarını belə həll edə bilmir.
İşin ilginc tərəflərindən biri odur ki, rayonda əksər şayələrin yayılmasının təşkilatçısı olan bu şəxslər eyni zamanda gələcək planlara da malikdirlər. JAM.AZ-a gələn məktublarda vurğulanır ki, Səmədağa Abdullayevin ən böyük arzusu Şahanə Əhmədovanı icra başçısının müavini görməkdir. Bunun üçün 3 ildir çalışan Abdullayev artıq Lənkəranın icra başçısı Taleh Qaraşovla da üz-üzə gəlib. İstəyini reallaşdıra bilməyən bu şəxs bütün mümkün vasitələrdən istifadə edərək, Qaraşovu sıradan çıxarmaq istəyir. Bunun üçün hətta Prezident Aparatındakı adamlarının imkanlarından da yararlanmaq fikrindədir.
Bu əsnada onun Miqrasiya Xidmətinin Regional İdarəsində çıxdığı hoqqalar barəsində də maraqlı məlumatlar var. Həmin məlumatlara görə, regional idarədə miqrantlar pul verməsələr işləri həll olmur. Üstəlik, pulu almaq üçün xeyli sayda xərc yerləri açıblar. Məsələn, Miqrasiya Xidmətinin sözügedən idarəsində kağız, qələmdən istifadə, blankların doldurulması və ağıla gələn və gəlməyən bütün işlərə görə pul tələb olunur.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər