Keçmiş məmurun istirahət mərkəzi vətəndaşları aldadır?
22-08-2013, 18:05
Oxunub: 5 240
Çətinliklə istirahətinə pul ayırmiş Baki sakini aldadılıb
Yay fəsli ilə əlaqədar ayrı-ayrı istirahət bölgələrinə üz tutanlarımızın sayı az oldu ki, bunu daha çox havaların sərin keçməsi ilə əlaqələndirirlər. Amma burada insanlarımızın maddi durumunun nəzərə alınması daha çox ağlabatandır. Yəni ilboyu daha çox ailəsinin keçimini saxlamağa çalışan böyük əksəriyyət üçün hardasa səfalı bir məkanda bir həftəlik istirahətinə pul ayırması böyük bir xəyal kimi görünür.
Amma ucuz yerlərə, ucuz istirahət məkanlarına gedənlərimiz oldu ki, dia.az-a müraciət edən Bakı sakini Acamirzə Nəcəfov da özünü məhz bu ucuzluğun qurbanı hesab edir.
Vətəndaş redaksiyamıza yazır: «Atalar yaxşı deyib, ucuz ətin şorbası olmaz. Amma biz hələ də atalarımızın qoyduğu qaydalara əməl etmirik ki, bunun da bəlasını çəkirik. Reklamlarına aldanıb, bir günü 30 manatai istirahət təklif edən Masallının İstisu deyilən ərazisindəki «Fatimeyi-Zəhra» adlı istirahət mərkəzində bir həftəlik ailəmlə istirahət etdik ki, indi buna çox peşmanıq.
Adına da bir tərəfdən aldandıq. Düşündük ki, imanlı adamlar olar və xidmətləri reklamda olduğu kimi də olar. Amma belə deyilmiş. Hətta sahibinin Həcc ziyarətində olması da onların insafa gəlməsi üçün əhəmiyyət daşımırmış».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər