Şəkinin Əmlak Komitəsində dövlət büdcəsi talan edilir
24-08-2013, 10:50
Oxunub: 10 237
Əmlak Komitəsinin Şəki Ərazi Qeydiyyat İdarəsində dövlət büdcəsinə külli miqdarda ziyan dəyib
Ötən saylarımızın birində Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi Qeydiyyat İdarəsi və həmin idarənin müdiri Bağı Əsabəli oğlu Məsimov barəsində bir sıra önəmli məlumatları diqqətinizə çatdırmışdıq. Belə ki, əldə etdiyimiz bilgilər əsasında qeyd etmişdik ki, Bağı Məsimov müdhiş özəlləşdirmə əməliyyatları sayəsində özünə külli miqdar sərvət toplayıb və bununla bərabər, dövlət əmlakını auksionda rəqabət mühiti olmadan öz qohumlarına satmaqda davam edir.
Bağı Məsimovun Əmlak Məsələləri Dövlət Komitəsinin əsasnaməsinə uyğun olmayan işlərlə məşğul olduğunu vurğulayan məlumatlı şəxsin iddiasına görə, o, fəaliyyəti dövründə bir sıra neqativ hallara rəvac verib, müxtəlif qanunsuzluqlara şərait yaradıb: «Şəki sakinlərinin böyük əksəriyyəti Bağı Məsimovun əməllərindən təngə gəliblər. Çünki o, vəzifəsindən istifadə edərək sırf şəxsi maraqlarının təmin olunması məqsədilə bil sıra əməllərə imza atır». Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi Qeydiyyat İdarəsinin müdirinin bizneslə məşğul olduğunu qeyd edən mənbənin sözlərinə görə, Şəkinin ən məşhur istirahət mərkəzlərindən olan «Şam bağı» məhz Bağı Məsimova məxsusdur: «Onun qardaşlarından biri isə Şəki Sənaye Kombinatına rəhbərlik edir. İdarə müdirinin yaxın qohumlarından biri isə Şəki Sənaye Maarif Evinin sahibinə çevrilib. Bağı Məsimov həm Şəki Sənaye Kombinatını, həm də Şəki Sənaye Maarif Evini məhz təşkil olunmuş qeyri-şəffaf auksion vasitəsilə yaxınlarına az qala peşkəş çəkib.
O, bu yolla dövlətə külli miqdarda ziyan vurmaqla sırf şəxsi maraqlarının təmin olunmasına çalışıb. Onun əsas məqsədi həm kombinatı, həm də maarif evini bir müddət sonra özününküləşdirməkdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi Qeydiyyat İdarəsinin müdiri artıq indidən bu istiqamətdə bir sıra addımlar atıb». Bağı Məsimovun sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin ən sadiq kadrlarından olduğunu bildirən məlumatlı şəxs iddia edir ki, hətta Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov belə onunla bacara, öhdəsindən gələ bilmir: «Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi Qeydiyyat İdarəsində yaşanan qanunsuzluqlar o qədər böyük və dəhşətlidir ki, ölmüş adamın adından onun şəxsiyyət vəsiqəsilə dövlət rüsumu belə ödənilir.
Belə ki, bir müddət bundan öncə hüquq müdafiəçisi Səyyarə Heydərova mətbuata üz tutaraq bildirmişdi ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi Qeydiyyat İdarəsinin işçiləri onun 2009-cu ildə ölmüş babasını «dirildərək» onun adına sənəd veriblər. Səyyarə Heydərovanın qohumları onlara məxsus evi ələ keçirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi Qeydiyyat İdarəsinin əməkdaşlarına rüşvət verərək, ölmüş babasının adına sənədləşdirmə aparıb. Sənədləşdirmə prosesi o qədər qanunsuz aparılıb ki, hətta onun babasının evləndiyi və doğulduğu tarixlər belə yanlış yazılıb. Lakin buna baxmayaraq, aidiyyəti qurumlar məsələ ilə maraqlanmayıb və baş vermiş özbaşınalığın qarşısını almayıblar».
Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi Qeydiyyat İdarəsində yol verilən digər qanun pozuntuları barədə danışan məlumatlı şəxsin sözlərinə görə, təxminən 2 il bundan əvvəl Şəki şəhərindəki 13 saylı körpələr evi də müxtəlif yollarla özəlləşdirilib: «Bu məsələdə də Bağı Məsimovun adı hallanır. Bildirilir ki, o, şəxsi maraqlarını təmin etdikdən sonra 13 saylı körpələr evinin özəlləşdirilməsinə razılıq verib. Nəticədə körpələr evi İradə Abbasova adlı şəxsin ixtiyarına verilib. Həmin vaxt körpələr evinin işçiləri buna etiraz etsələr də, heç kim onların etirazlarına məhəl qoymadı. Çünki Bağı Məsimov əlaqələrini işə salaraq bütün narazı insanları susdurmağı bacardı...» Məlumatlı şəxs iddia edir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi Qeydiyyat İdarəsində uzun müddətdir ki, sensasion maxinasiyalar reallaşdırılır və həyata keçirilən proseslər nəticəsində dövlət büdcəsinə külli miqdarda ziyan dəyib. Bunun məsuliyyəti isə birbaşa Bağı Məsimovun üzərinə düşür.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər