BolgeXeber.Com » Bölgə » Göyçaylı sahibkar Kəmaləddin Heydərovun adamından narazıdır-foto

Göyçaylı sahibkar Kəmaləddin Heydərovun adamından narazıdır-foto

24-08-2013, 12:25
Oxunub: 5 973 Rüşvətsiz işləmək istəyən sahibkar.

Cəlil İsmayılov: “Nə olursa olsun, mən heç kimə bir qəpik də olsa rüşvət verməyəcəyəm”.

Göyçay rayonu Çayarxı kənd sakini Sahibkar İsmayılov Cəlil Həsən oğlu mətbuata şikayət məktubu ünvanlayıb. Narazı vətəndaşın daxil olan müraciətində deyilir:

“Fövqəladə Hallar Nazirlliyi Tikiti Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin qanunsuzluqlarına etiraz olaraq bildirirəm ki, mən 3 (üç) dəfə rəsmi olaraq Fovqəladə Hallar Nazirliyi Tikinti Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəsmi rəsmi müraciət edərək Göyçay şəhəri Nətavan küçəsi Çayarxı kəndinə ayrılan avtomobil yolunun cənub-şərq tərəfində inşa etdirdiyim birmərtəbli zirzəmili qeyri-yaşayış binasının tikintisinin başa çatdığını və həmin tikintinin müayinə olunaraq mənə rəy verilməsini xahiş etmişəm.

Bundan əlavə 2 (iki) dəfə Tikinti Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Niyazi müəllimin qəbulunda olmuşam. O, rəy verilməsi ilə bağlı nə mənfi, nə də ki, müsbət cavab verə bilmir. Bu minvalla mən süründürməşilikdə əziyyət çəkirəm. Obyektin fakt üzrə layihə sənədlərinin yoxlanılması və rəy verilməsi rüşvət vermədiyim səbəbindən yubadılır. Sonuncu dəfə də mənə təklif etdilər ki, mən sənədləri Bakı şəhəri, Xətai rayonununda yerləşən Tikinti Agentliyinə təqdim edim. Mən bütün sənədləri 2013-cü ilin aprel ayının 7- də həmin agentlikdə 523-cü otaqda təqdim etmişəm. Sənədlər Xəzər müəllimin xidməti otağında masanın üzərində saxlanılır. Ancaq bu günə qədər heç bir rəsmi cavab ala bilməmişəm. 25 iyun 2013–cu il tarixdə həmin idarədə oldum və mənə şifahi bildirdilər ki, “təqdim etdiyin sənədlər təsdiq olunmayıb”. Sənədlərin təsdiq olunmamağının səbəbi barədə mənə heç bir rəsmi sənəd təqdim etməyiblər. Mənə təklif verirlər ki, “ gəl-get bəlkə düzəldi”. Hansı ki, mən çox yaxşı bilirəm ki, ekspertiza rəyinin mənə göndərilməsi üçün mənim harasa gedib-gəlməyimə lüzum yoxdur, pul lazımdır. Amma bir daha bəyan edirəm ki, “nə olursa olsun, mən heç kimə bir qəpik də olsa rüşvət verməyəcəyəm”.

İnşa etdirdiyim binanın zirzəmisi təxminən 2005-ci ildə inşa olunmuş və həmin vaxtlarda da hazırki Nəzarət Dövlət Agentliyi fəaliyyət göstərməmişdir. İndiki vəziyyətdə isə artıq bina zirzəmi ilə 1 (bir) mərtəbədə tam hazır olmuş və istismarı üçün müvafiq sənədlərin (rəylərin) verilməməsi mənim sahibkar kimi iş fəaliyyətimdə çətinlik yaradır. Dəfələrlə Fovqəladə Hallar Nazirliyi Tikinti Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin yerli nümayəndələri Rafael və Zahir müəllim mənimlə görüşərək mənə bildiriblər ki, “rüşvət verməsəniz bu iş həll olunan deyil, odur ki, nəyə gücün çatırsa bizə de həll edək, yoxsa get-gəldə qalacaqsan”. Mən onlara pulum olmadığını və qanuna müvafiq qaydada sənədlərimin rüşvətsiz verilməsini xahiş etsəm də çox təəssüf ki, buna məhəl qoyulmamışdır.

Bu səbəbdən də dövlət rəhbərliyindən, aidiyyatı qurumlardan xahiş edirəm ki, Fövqəladə Hallar Nazirliyi Tikinti Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin qanunsuzluqlarının qarşısını alsın və bir sahibkar kimi hüquqlarımın pozulması nəzərə alınaraq ekspertiza rəylərinin mənə verilməsi üçün göstəriş versin”.