BolgeXeber.Com » Bölgə » Ağsnun icra başçısı yoxa çıxıb

Ağsnun icra başçısı yoxa çıxıb

27-08-2013, 12:05
Oxunub: 6 681 Ağsuda vəziyyət pisləşib, Ənvər Seyidəliyevin pul qazanmaq həvəsi başını bəlaya salıb

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin başı dərddədir. Buna səbəb rayonda ailə hakimiyyəti quran icra başçısının atdığı qanunsuz hərəkətlər və özbaşınaldıqlardır.

Rayondan aldığımız məlumata görə, Seyidəliyev və adamlarının pul qazanmaq həvəsi işi o həddə çatdırıb ki, artıq bütün gəlirli sahələr 5-6 nəfərin əlində cəmləşib. Üstəlik, rayonda aparılan tikinti işlərində əvvəllər ağsulular işləyirdilərsə, indi onları da ləğv ediblər. Yerlərinə isə qonşu rayonlardan fəhlə gətirərək, onlara daha az pul verməklə işlədirlər. Bu da təbii ki, rayonda haqlı narazılığa gətirib çıxarıb. Hətta bir neçə gün bundan əvvəl bir qrup rayon sakini icra başçısını əməllərinə etiraz əlaməti olaraq İcra Hakimiyyətinin qarşısına toplaşıblar. Adam axınının çoxaldığını görən Ənvər Seyidəliyev isə İcra Hakimiyyəti binasının arxa qapısından çıxaraq rayondan qaçmalı olub.

JAM.AZ-a çatan məlumatlara görə, Seyidəliyev bir neçə gün Bakıda qaldıqdan sonra yenidən Ağsuya dönüb. Amma yenə də köhnə məsələdən nəticə çıxarmayıb. Yəni, yerli işçi məsələsi problemi həll olunmayıb. Elə buna görə də, Ağsuda söhbət dolaşır ki, yaxın günlərdə daha güclü aksiya keçirilməsi üçün hazırlıq başlayıb. Bu dəfə prosesə təkcə rayon mərkəzinin insanları deyil, kənd camaatı da qoşulmağa hazırlaşır. Kənd insanlarının aksiyaya maraq göstərməsi isə onların durumlarının daha dəhşətli şəkildə olması ilə bağlıdır.