Siyəzəndə icra başçısı pultoplama kampaniyasına başlayıb
28-08-2013, 12:40
Oxunub: 5 788
Siyəzən rayonunda da seçkiqabağı durum gərginləşməkdədir. Bu barədə rayon sakinləri məlumat verib. Sakinlər bildirir ki, icra hakimiyyətinin başçısı Arif Qasımov rayon ərazisindəki obyektlərə total hücum əmri verib.
Sakinlər redaksiyamıza yazırlar: «Arif Qasımovun adından bu həftənin birinci günündən, səhər saatlarından etibarən rayon mərkəzində və digər ərazilərdəki obyekt sahiblərinə xəbərdarlıq edilib. Əslində xəbərdarlıqlarının mahiyyəti aydındır. Hər bir sahibkardan rayondakı abadlıq işlərində, ictimai-siyasi proseslərdə fəal iştirak etmələri istənilib ki, bunun da arxasında konkret olaraq maddi marağın dayandığı faktdır».
Xatırladaq ki, hələ bu ilin 12 fevral tarixində prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən müşavirədə də bu məqama toxunulmuşdu və icra başçılarına xitab edən dövlət başçısı sərt şəkildə bildirişdi ki, heç bir icra başçısı hansısa sahibkarı zorla hansısa prosesə cəlb edə bilməz.
Amma görünür, Arif Qasımov üçün bu kimi xəbərdarlıqlar yetərsizdir. Elə bunu ifadə edən rayon sakinləri dia.az-a müraciətlərində qeyd edirlər ki, dünən axşam saatlarından artıq 10-a yaxın sahibkardan ən azından 1000-5000 manat arası pul toplanılıb: «Hər kəs bu pulu vermək zorundadır. Yoxsa obyekti bağlana bilər. Düzdür, bunu açıq şəkildə ifadə etmirlər. Amma biz nələrin baş verəcəyini yaxşı bilirik».
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Mövzu diqqətimizdədir…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər