Məcburi köçkünün şikayətinə baxan yoxdur
28-08-2013, 14:35
Oxunub: 5 220
“Məni qəbul etməsi üçün bu iki ilə yaxın vaxtda onlarla teleqramı Azərbaycan Respublikasının cənab Prezidenti İ.Əliyevin ünvanına göndərmişəm”
Bolgexeber.com-un redaksiyasına Laçın Rayonun Şeylanlı kəndindən məcburi köçkün,hal-hazırda Ağcabədi şəhər E.İsmayılov küçəsi ev 42-də məskunlaşmış Baxışov Müqabil Baxış oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur.Məktubu olduğu kimi oxuculara təqdim edirik:
“Hörmətli redaksiya ,07 mart 2012-ci il tarixdən bu günə kimi bəzi dövlət məmurlarının qanunsuz əməlləri barədə aidiyyatı dövlət orqanlarına və KİV-lərə 500-dən artıq müraciətlərim olub.Lakin nədənsə bu günə kimi aidiyyatı dövlət orqanları pozulmuş vətəndaş hüquqlarımın bərpa olunmasına dair heç bir əməli tədbir görməyib.Dövlətimizin və hökumətimizin mənə və bütövlükdə ailəmizə qarşı laqeyd münasibəti sözün əsl mənasında həyatımızı cəhənnəmə döndərib.
Məni qəbul etməsi üçün bu iki ilə yaxın vaxtda onlarla teleqramı Azərbaycan Respublikasının cənab Prezidenti İ.Əliyevin ünvanına göndərmişəm. Çox təssüf ki, göndərdiyim teleqramlar baxılıb tədbir görülməsi üçün hüquq və azdlıqlarımı ayaq altına atmış yerli orqanlara göndərilib.Vətəndaş hüquq və azadlıqlarının əsas prinsiplərindən olan müraciətlərə baxılması hüququmda davamlı olaraq pozulmaqdadı.
4 iyun 2012-ci il tarixdə bütün dövlət orqanlarına rəsmi müraciət edərək həyatımın təhlükədə olmasını və mənə köməklik olunmasını çox acizanə xahiş etsəm də mənə heç bir köməklik olunmadı.Əksinə bu müraciətlərimdən cəmi 14 gün sonra 18 iyun 2012-ci il tarixdə şərlənərək həbs olundum.Bu gündə özüm və yaxınlarım qorxu altında yaşayırıq. Hörmətli Agentlik!
Yeganə ümüdüm Azərbaycan Respublikasının cənab Prezidenti İ.Əliyevədir.Əgər cənab Prezidentimiz məni qəbul etsə başıma gətirilənləri özündə əks etdirən bütün maddi sübutları təqdim edəcəyəm.Mən inanıram ki, belə olarsa hüquq və azdlıqlarımı gobudcasına pozan və əmlakımızı əlimizdən alan məmurlar öz layiqli cəzalarını alacaqlar.
Odur ki, sizin portalınız vasitəsiylə Cənab Prezidentimiz İ.Əliyevə bir daha müraciət edirəm.
Möhtərəm cənab Prezident!
Mən yaxşı başa düşürəm ki, siz Azərbaycan Respublikasının tale yüklü poblemlərinin həll olunması istiqamətində çox gərgin işlərlə məşxulsunuz. Sizin Azərbaycan Respublikasının hər bir vətəndaşına qayğı və diqqətinizdən və eyni zamanda harınlamış məmurlarla barışmaz mövqedə dayanmaqınızdan ruhlanaraq inanıram ki, məni qəbul edib 4-5 dəqiqə dinləsəniz haqq ədalət öz yerini tapacaq.Cənab Prezident çox acizanə xahiş edirə Qarabağ bölgəsinə səfəriniz zamanı vaxt ayırıb məni qəbul edin. Məni qəbul etsəniz tək mən yox bütövlükdə ailəmizi və yaxınlarımı qorxunc bir təhlükədən xilas etmiş olacaqsız.
Cənab Prezident! Əvvəlcədən bütün ailəmiz adından sizə və ailənizə can sağlıqı, Respublikanın taleyüklü problemlərinin həllində uğurlar arzu edirəm”.
Laçın Rayonun Şeylanlı kəndindən məcburi köçkün,hal-hazırda Ağcabədi şəhər E.İsmayılov küçəsi ev 42-də məskunlaşmış Baxışov Müqabil Baxış oğlu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər