BolgeXeber.Com » Bölgə » Ana Vətən Partiyasının Lənkəranda ofisi açılıb

Ana Vətən Partiyasının Lənkəranda ofisi açılıb

28-08-2013, 16:25
Oxunub: 4 541 Bolgexeber.com xəbər verir ki, bu gün Lənkəranda Ana Vətən Partiyası Lənkəran rayon təşkilatının ofisinin açılışı olmuşdur. Açılışda AVP Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı və Lənkəran rayon təşkilatının bir qrup fəalı iştirak etmişdir. Çıxış edən fəallar yaradılmış şəraitə görə partiya rəhbərliyinə öz təşəkkürlərini bildirmiş və ofisin açılışının rayon təşkilatının gələcək fəaliyyətinə müsbət təsir edəcəyinə əminliklərini ifadə etmişlər.
Elçin Ağamalı da öz növbəsində partiya fəallarını ofisin açılması münasibətilə təbrik edərək onlara siyasi fəaliyyətlərində uğurlar arzu etmiş və onları qarşıdan gələn prezident seçkilərində daha da fəal olmağa çağırmışdır.
Bolgexeber.com