BolgeXeber.Com » Bölgə » Füzulidə daha bir kəndarası yol istifadəyə verildi

Füzulidə daha bir kəndarası yol istifadəyə verildi

29-08-2013, 11:15
Oxunub: 4 807 Bolgexeber.com bildirir ki, bu gün Füzuli rayonunun Qarabağ, Əhmədbəyli, Bəhmənli, Arayatılı, Əhmədalılar, Mirzənağılı kəndlərini birləşdirən avtomobil yolunun Böyük Bəhmənli kəndindən keçən hissəsində 3 ( üç ) kilometr asfalt yolu əsaslı təmirdən sonra istifadəyə verilib.
Açılış mərasimində rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, yerli icra nümayəndələri, bələdiyyələr, ziyalılar və sözügedən kənd ictimaiyyətindən ümumilikdə 350 nəfər iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Alı Alıyev bildirib ki, bu gün respublikada rayon mərkəzlərinin və kəndarası yollar abadlaşdırılır, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş aparılır. Bu proses Füzuli rayonunda da geniş vüsət alıb.
Açılış mərasimində çıxış edən kənd ağsaqqalları, ziyalılar Prezident İlham Əliyevin regionlara, o cümlədən Füzuliyə xüsusi diqqət və qayğısını qeyd ediblər. Son illər rayonda aparılan böyük abadlıq –quruculuq işlərini bunun bariz nümunəsi kimi səciyyələndiriblər.
Sonra Qarabağ, Əhmədbəyli, Bəhmənli, Arayatılı, Əhmədalılar, Mirzənağılı kəndlərini birləşdirən avtomobil yolunun Böyük Bəhmənli kəndindən keçən hissəsində 10000 əhalinin istifadə edəcəyi 3 ( üç ) kilometrlik yol kənd sakinlərinin istifadəsinə verilib.
Bolgexeber.com