BolgeXeber.Com » Bölgə » Lənkəranda camaata ölü heyvan əti yedizdirilir?

Lənkəranda camaata ölü heyvan əti yedizdirilir?

2-09-2013, 10:40
Oxunub: 5 788 Hörmətli Taleh müəllim ,Sizə yazıb bildiririk ki, Lənkəran şəhərində bir qrub şəxs tərəfindən Lənkəran rayonunda yaşayan vətəndaşların şəxsi təsərüfatında ölmüş ev heyvanların cəsədləri tədarük olunur və sonradan leş əti əhaliyə satılır. Heçnədən şühbələnməyən insanlar kasıblıq ucbatından ücüz qiymətə satılan əti alır və sonradan ciddi xəstəliklərlə xəstələnmiş olurlar. Ölü ətlə qidalanma Azərbaycan Xalqının genofonduna böyük zərbələr vurmuş olur. Çünki ölü əti ilə insan orqanizminə daxil olan zəhərli maddələr insanın sinir sisteminə mənfi təsir göstərir onu tədricən vəhşiləşdirir. Bu tədqiqatlar nəticəsində əldə olunmuş bir faktdır. Həmçinin gənc ailə quranlar, sonradan böyük bir faciyə ilə üzləşmiş olurlar. Sonsuzluq, vaxtından əvvəl hamiləliyin dəfələrlə pozulması və tam sonsuzluq, mutant və əqli qüsurla doğulan uşaqların sayının dəfələrlə artması və s.

Bu işlə məşqul olan insanların əməllərinə hansı səbəblərdən göz yumulur və uzun illər insanlığa qarşı edeilən bu cinayyət işləri yalnız varlanmaqdan ötrüdürmü? Hələ ki, heç biri nə cəzalandırılmış, nə də ki, həbs olunmamışdır. Əksinə jurnalistlərin araşdırmalarına mane olan dəstə və Lənkəranın böyük bazar ərazisinə nəzarət edən baytar həkimi Əzizağa İskəndərov bizi əvvəl axır baltalayacaqları ilə hədələyirlər. Görünür kifayyət qədər məsuliyyətsizlik hiss edənlər kiməsə arxalanırlar. Hətta televiziya jurnalistləri bu işə müdaxilə etmir, çəkinirlər.

Hörmətli Taleh müəllim Sizə müraciət etməyimizin səbəbi bu işlə məşqul olan aidiyyəti orqanların fəaliyyətsizliyidir. Sizdən xahiş edirik, bu işə son qoyulsun deyə göstərişlər verəsiniz. Əslində Siz bunları bilməyə borclu deyildiniz. Amma biz jurnalistlər Sizə məlumat çatdırmağı özümüzə borc bildik və hesab edirik ki, tezliklə göstrişinizdən sonra məsələ araşdırılacaq və çinayətkarlar cəzalandırılacaq. Qabaqcadan Sizə təşəkkürümüzü bildiririk.

Hörmətlə Lənkəranda çalışan müstəqil jurnalistlər qrupu.

Bir müddətdən sonra işin yekunu ilə bağlı məlumat mütləq yayılacaq.
cenubxeber.com