BolgeXeber.Com » Bölgə » Lənkəranın icra başçısı sayt rəhbərini övladı ilə təhdid elətdirir

Lənkəranın icra başçısı sayt rəhbərini övladı ilə təhdid elətdirir

2-09-2013, 11:55
Oxunub: 5 065 Bolgexeber.com bildirir ki, bu gün saytımızda “Lənkəranda camaata ölü heyvan əti yedizdirilir?” adlı məqalə dərc olunmuşdur.Özünü Hacı Valeh kimi təqdim edən şəxs 070 200 73 77 mobil nömrəsindən baş redaktora zəng edərək həmin məqaləyə kəskin reaksiya vermişdir. Belə ki, o Lənkəranın icra hakimiyyətinin gördüyü müsbət işlərdən danışmış və belə yazıların icra başçısının imicinə kölgə salmasını bildirmişdir.Sonda özünü Kürdəmir sakini kimi qələmə verən Hacı Valeh “sabahları övladınız maşının altında qalanda deməyin ki, günahkar bizik” deyə bildirib. Təhdidlə bağlı Bolgexeber.com araşdırma aparacaq və lazım olarsa bu ciddi hədə-qorxu ilə müvafiq orqanlara xəbər verəcək.
Bolgexeber.com