Qoca Səmədovun törətdiyi özbaşınalıqlar Yevlaxı yaman günə salıb
2-09-2013, 14:15
Oxunub: 5 790
Başçıya məxsus olduğu deyilən «Şəms» və «Dolama» restoranlarında isə fahişəlik tüğyan edir
Yevlax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Qoca Səmədov sahibkarları incidir, onlara qarşı yerli-yersiz tələblər irəli sürür, eyni zamanda sakinlərin problemlərinə soyuq münasibət sərgiləyərək onlara zülm verir. İcra hakiminin fəaliyyətindəki nöqsanlar, eləcə də həyata keçirdiyi qanunsuz işlərlə bağlı keçən saylarımızda geniş məlumat vermişdik. Barəsində yazılan tənqidlərə, yuxarılara ünvanlanan şikayət məktublarına baxmayaraq, icra başçısı tutduğu əməllərdən əl çəkmək istəmir.
Dünən rayondakı etibarlı mənbələrdən icra başçısının törətdiyi fəsadlarla bağlı redaksiyamıza çox maraqlı məlumatlar daxil olub. Mənbənin sözlərinə görə, əhalinin güzəranının ağır vəziyyətdə olduğu rayonda icra başçısı və adamları at oynadır: «İki illik fəaliyyəti ərzində icra hakimi rayonu çökdürüb. Rayonun iqlimi onsuz da, əlverişsizdir, yaşıllıq sahələri azdır. Lakin başçı bunu nəzərə almır. Rayonun girişindən düz mərkəzinə qədər bir çox yerlərdə «yaşıl soyqırım» aparılır. Başçı yol kənarındakı torpaqları müxtəlif iş adamlarına satıb. Ən dəhşətlisi isə odur ki, obyektlərin tikintisi zamanı minlərlə ağac məhv edilib. «N» saylı hərbi hissəyə gedən yolun başlanğıcında qanunsuz tikinti işləri aparılıb. Əvvəllər burda çoxlu ağac var idi, ancaq hamısını kəsib doğradılar. Sakinlər belə şeylərə görə icra hakiminə dəfələrlə öz iradlarını bildiriblər. O isə cavab verib ki, bu məsələ onun səlahiyyəti çərçivəsində deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət etməlidir. Bu rayonun rəhbəri Qoca Səmədovdur, baş verən hər işə o cavabdehlik daşıyır. Nazirliyi ittiham etmək yersizdir. İcra hakimi ağacların qırılmasına özü icazə verir». Şikayətdə qeyd olunur ki, son iki ildə rayonda işsizlik səviyyəsi xeyli artıb: «Orta yaşlı insanlar birtəhər də olsa özlərinə iş tapırlar. Ali təhsilli gənclər isə iş tapmaqda çətinlik çəkirlər. Rayonda yeni-yeni iş yerləri açılsa da, gənclər öz savadları hesabına ora düzələ bilmirlər. Ona görə ki, icra başçısının adamları bütün idarə və müəssisələri zəbt ediblər. Kimin adamı varsa, rahat şəkildə işləyir. Adamı olmayanlar isə Bakıya fəhlə işləməyə gedirlər. Rayonun sosial problemləri o qədər çoxdur ki, artıq camaat başını itirib. Burda yaşamaq çox çətindir. Dövlət idarələrində məmur süründürməçiliyi bizi lap bezdirib. Hansı idarəyə gedirsən, adamdan rüşvət istəyirlər. Etiraz edəndə isə bildirirlər ki, xoşun gəlmir get başqa yerdə yaşa. Bizim ata-baba yurdumuz buradır, hara gedək? Başçı və bəzi məmurlar yevlaxlılara böyük təzyiq göstərirlər».
Sakinlərin sözlərinə görə, rayonda ən böyük problemlərdən biri də əxlaqsızlıq yuvaları ilə bağlıdır. Ki, qadın ticarətinin tüğyan etdiyi məkanlar arasında başçıya məxsus olan obyektlər də var: «Yevlaxda elə adam tapılmaz ki, «Şəms» restoranının Qoca Səmədova məxsus olduğunu bilməsin. O, bu obyekti 2011-ci ildə, yəni başçı təyin olunanda ələ keçirib. Restoranda fahişəliklə məşğul olan qızlar çalışırlar. Həmin qızlara görə qonşu rayonlardan restorana müştərilər gəlir. Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları buranı başçının olduğu üçün «vurmurlar». Bu səbəbdən rayonda əxlaqsızlıq baş alıb gedir». Məlumatda deyilir ki, sözügedən «priton»u rayon rəhbərinin yaxın adamı kimi tanınan Vaqif adlı şəxs işlədir. Restorana fahişə qızları isə Gəncəli Mətanət adlı qadın cəlb edir. Müştərilərlə qızlar arasındakı razılaşmanı da məhz Mətanət aparır. Əldə etdiyimiz digər bir xəbərdə isə vurğulanır ki, rayonun ən məşhur restoranlarından biri olan «Dolama» da icra hakiminindir: «Bura da əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Obyektdə çalışan qızların yaş həddi 19-24 arasıdır. Onlar restoranı işlədən şəxslə faizə işləyirlər. Yəni gün ərzində 100 manatlıq qazancları olursa, bunun 40 manatı restoranı işlədən şəxsə çatır. Polis əməkdaşları özləri də gəlib burda istirahət edirlər. Qoca Səmədova görə rayonun heç bir hüquq-mühafizə orqanının nümayəndələri «Dolama»nı bağlaya bilmirlər».
Qeyd edək ki, icra başçıları öz gördükləri işlərlə camaata nümunə olmalıdır. Əgər onlardan kimsə əxlaqsızlıq yuvası işlədirsə, onda cəmiyyətə nə xeyirləri dəyə bilər? Biz inanınırq ki, Daxili İşlər Nazirliyinin rəsmiləri qeyd olunan əxlaqsızlıq yuvalarında tezliklə əməliyyat təşkil edəcəklər. Aidiyyəti qurumlardan isə xahiş edirik ki, Yevlaxı yaman günə qoyan icra hakimi haqqında bir ölçü götürsünlər. Əks halda, rayon məhvə sürüklənəcək.
Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər