BolgeXeber.Com » Bölgə » Quba polisinin gizlətdiyi yarım milyonluq oğurluq

Quba polisinin gizlətdiyi yarım milyonluq oğurluq

3-09-2013, 08:55
Oxunub: 7 968 Rayon məmurlarının “faiz biznesi şəbəkəsinin” şok detalları

Ötən həftə Quba rayonunda ilginc oğurluq hadisəsi baş verib. Bu oğurluq hadisəsinin digər oğurluq hadisələrindən fərgi ondadır ki, bu dəfə Quba rayon polis şöbəsi baş vermiş oğurluq hadisəsini mətbuatdan gizli saxlamasıdır. Qubadakı mənbəmiz bildirir ki, Quba rayon polis şöbəsinin rəisi Seyfulla Əzimov olayın nəinki mətbuata sızmasının qarşısını alıb hətta DİN-in məlumat mərkəzinə bu oğurluq hadisəsi haqqında məlumat verməyib.
Gizlədilən hadisəyə gəlincə isə bildirək ki, Quba şəhərində “faiz Sima” kimi tanınan Simuzər Atulxanovanın evindən 500 min manat nəğd pul və 200 min manatlıq qızıl-zianət əşyaları oğurlanmışdır. Rayonda faizə pul verdiyi deyilən S. Atulxanovanın evindən oğurluq barədə elə polisə ev yiyəsi məlumat verib. Məlumat daxil olan kimi polis əməkdaşları hadisə yerində olmuş həqiqətən də evdən oğurluq yolu ilə talama olduğunun şahid olmuşdur. Lakin hadisə yerinə olan polis rəisi bu haqda bir kimsəyə məlumatın verilməməsi haqqında göstəriş vermiş, polis və zərərçəkmiş S. Atulxanova bu göstərişə uyğun hərəkət edilmişdir. Qubadakı mənbəmiz bildirir ki, hadisə olan gün “Faiz Sima”nın şübhəli bildiyi 7 nəfəri elə həmin günü həbs edib polis şöbəsinə aparmışlar. Şübhəli şəxsləri bir həftə qeyri - qanuni polisdə saxlayan rəis onların boynuna hər hansı bir oğurluq hadisəsi qoya bilmədiyindən onları buraxmaq məcburiyyətində qalmışdır. Buna səbəb isə oğurluq hadisəsəi haqqında heç yerə məlumatın sızmaması olub.
Mənbəmiz qeyd edir ki, hazırda polis bu oğurluğun üştünün açılması və 500 min manatın və 200 min manat dəyərində qızıl-zinət əşyalarını ogurlayanı axtarır. Amma hələ də hadisənin üstündən 10 gün keçməsinə baxmayaraq yarım milyonluq oğurluq hadisəsi heç yerdə rəsmi qeydiyyata salınmayıb.

Ogurlanan pullar Qubadakı idarə müəssisə rəhbərlərinin puludur

Mənbəmiz bildirir ki, “Faiz Sima” kimi tanınan Simuzər Atulxanov Quba rayonunda əhaliyə aya 10 faizlə pul verir. Bəzən pulunu verə bilməyənlər polisə aparılaraq incidilib və onların pulun əvəzinə qoyduqları qızıl-ziynət əşyaları “faiz Sima”nın balansına keçir və əlavə olaraq faiz götürüb verə bilməyənlər polisdə xüsusi izahat verməklə əlavə pul ödəyirmişlər. Mənbəmiz bildiri ki, Simuzərin aya 10 faizlə pula ehtiyacı olan sakinlərə verdiyi pul elə rayonun yüksək çinli məmurlarının puludur .Mənbəmiz bildirir ki, həmin vəzifə sahibləri rüşvət kimi yığdıqları pulu Simaya veriblər ki, Sima bu pulları dövriyəyə buraxıb və ayda 10 faizlə verilən pullardan gələn gəlirdən Simaya da pay verilir və bu yollada həmin idarə müdrləri öz büdcələrini bu yolla da artırırlar.

Qubalı “faiz Sima” himayədarları necə qoruyur.

Mənbəmiz bildirir ki, “faiz Sima” əlində ümumilikdə 1 milyon 300 min pulu olub ki, o pulun 500 min nağd pul və 200 min manatlıq qızıl-ziynət əşyaları oğurlanıb qalan 500 min manat isə hazırda yerli sakinlərə verilib.
Mənbəmiz iddia edir ki, Quba rayonunda ogurlanan pulun 500 min manat icra başçısı Mübariz Ağayevin olub. Pul Simaya oğurluq hadisəsindən bir gün qabaq verilibmiş.Beləliklə mənbəmiz bildirir ki,Simada olan pulun 100 mini rayonun keçmiş prokuroru olmuş Nazım Hacıyevin,150 min manatı Rayon torpaq şöbəsinin müdrinin,1 00 mini polis rəsinin 50 min manat Kənd Təsərüfatı nazirlyinin Quba Subtropik bitkilər və Bağçılıq İnsitutunun direktoru İlham Məmmədovun yerdə qalan pullar isə xırda məbləğlərlə bələdiyyə və digər idarə müdrləri tərəfindən Simaya verilib. Qubadakı “faiz biznes şəbəkəsini” həyata keçirən Simuzər Atulxanov İcra başçısının tapşırıqı ilə polis rəisi tərəfindən himayə olunur.Mənbəmiz qeyd edir ki, məhz bu oğurluq hadisəsinin gizlin qalmasıda icra başçısının göstərişi ilə olub. Hazırda Qubada yuxarıda adlarını qeyd etdiyimiz vəzifəli şəxslər bu oğurluq hadisəsinin ictimayiləşməsindən qorxurlar.Yəni bu qədər pul un Simuzər Atılxanovda hardan olduğunu ictimayət bilər.Məhz buna görədə polis bu oğurluq hadisəsinin gizli olaraq araşdırır.

Ogurlana 500 min manat icra başçısına məxsusdur

Məbəmiz bu arada onuda bildirir ki, icra başçısın pulu Simaya verilən günün səhəri oğurlanması müəmmalı olaraq qalır.Buna görə Simanın özündən də şübhələn icra başçısı Mübariz Agayev Simanın özünün də dindirilməsi və polisə bu istiqamətdə də Simanı dindirlməsi üçün göstəriş verib.Polis buna görə “”Faiz Simanı”da şöbəyə gətirmiş və onun özünü də bir gün polisdə saxlayıb “istintaq”ediblər.Amma Sima bu “istintaqdan” təmiz çıxmışdır.Mənbəmiz onuda bildirir ki.Simuzər Atulxanov Qubada yegənə şəxsdir ki,İcra başçısın qəbulundan tutmuş idarə rəhbərləinin qəbuluna girişə “yaşıl işıq” yandırılıb.Vaxtından aslı olmayaraq Sima hamının qəbuluna girir və saatlarla uçot aparır.

İcra başçısı evindən oğurluq olanın əmlakını əlindən almaq istəyir

Hazırda isə İdarə müdrlərin pulunu faizə buraxan Simuzr Atulxanova özü də şokdadır. Redaksiyamıza bilgi verən mənbəmiz qeyd edir ki, hətta evində ogurlu bilərək polisə məlumat verən Sima şoka düşdüyündən özündən gedib və xəstəxanaya aparılaraq xəstəxanada 2 gün qalıb.İndi isə pulun tapılmadığı halda ortalıqdan itən və Mübariz Ağayevin pulu oldugu iddia edilən 500 min manat Simanın özündən alınacağı barədə xəbər başçı tərəfindən Simaya xəbər göndərilib.Mənbəmiz bildirir ki,bundan sonra Sima “var gücü “ ilə gizlin aparılan “gizlin istintaqa”kömək etmək istəyir Amma Bütün bunlar nəticə vermir.Bundan əlavə “Faiz Simaya ” pul verənlərin hamısı hazırda Simadan pulunu tələb edir.Çıxılmaz vəziyyətdə qalan Simuzər ümidini polisin “gizli” istintaqına bağlayıb.İstintaqın üstündən 10 gün keçməsinə baxmayaraq İcra başçısı Mübariz Ağayevin Simaya və polisə qoyduğu vaxtın bitməsinə 20 gün qalıb.Mənbəmiz bu olayla bağlı onuda bildir ki,Qubada ”faiz Sima” kimi tanınan Simuzər Atulxanovun rayonda dörd yerdə 1 hektar torpaq sahəsi olmaqla villaları və eləcədə Qəçreş kəndində 1 hektar sahəli restoran ı və Qubanın mərkəzində 3 yerdə böyük ticarət obyektləri var ki, hazırda icra başçısı pulunun əvəzinə Simanın əmlakına “əl “ qoymaq istəyir məhz buna görə də “gizlin istintaqa” və Simaya pulunun qaytarılması üçün 30 gün vaxt qoyub.Əgər İcra başçısısn pulu qaytarılmasa dəyəri milyonlarla ölçülın əmlak Mübariz Ağayevin olacaq.Ogurlanmış pulun tapılması üçün Simanın polis nişan verdiyi adamlar dərhal polisə gətirilir və dindirlir həmin evlərdə axtarışlar aparılır.Evi ogurlanmış Sima hətta əmlakının itrilməsi qorxusundan yaxın qohumlarını belə istintaqa çaırtdırır.Evlərində axtrış apartırır.
Mənbəmiz bildirir ki,hazırda Sima verdiyi faizləri geri yığmağa başlayıb.Buda pul götürənlərin narazlığına səbəb olub.Bildirirlir ki,Sima faziləri yığaraq bir müddət aradan çıxmaq istəyir.Mübariz Agayevin işdən çıxarılmasından xəbəri olan Sima bu yolla oğurluq edən tapılmasa əmlakını qorumağı düşünür.Amma hazırda Mübariz Agayevin göstərişi ilə “faiz Sima”rayonda nəzarət altındadır.Onu da bildirək ki,bu yaxınlarda prezidentin sərancamı ilə şöhrət ordeni ilə təltif olunan Quba rayon icra başçısı Mübariz Ağayev səhhətindəki xəstəliklə əlaqədar Almaniyada müalicəyə yollanıb.Mənbəmiz bildirir ki,icra başçısı infarkt keçirib.Vəziyyəti heçdə yaxşı deylidir.

“Gizli istintaq”a nəzarət

Mənbəmiz in dediyinə görə seçki öncəsi icra başçılarına rayonları tərk etməməyləri bağlı göstəriş verilib. Quba icra başçısının vəziyyətinin həddən artıq pis olması səbəbindən onun Almaniyada müalicəsinə icazə verilib. Qubadakı bütün səlahiyyət isə ica başçısının birinci müavini Yusif Abidova həvalə olunub.Bu arada qeyd edək ki, Mübariz Ağayevin 500 min manatının “faiz Simanın” evindən oğurlanması ilə açılan “gizli istintaq”a icranın birinci müavini Yusif Abidov nəzarət edilməsi tapşırılıb.Məhz Yusif Abidovun nəzarətindən sonra 2 gündürki,bu oğurluq haqqında rayon ictimayətinə informasiya sızmış və hazırda rayonda icra başçısının oğurlanmış 500 min manatı haqqında danışılır.
Bildirək ki,İcra hakimiyyəti başçısının birinci müavini Yusif Abidov Mübariz Ağayevin admı deyil ,keçmiş birinci müavin Sahib Məmmədovun kadırıdır.və bu komanda Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Qubadakı kadırlarıdır.Hazırki icra başçısı Mübariz Ağayev isə nəqliyyat naziri ziya məmmədovun kadrıdır.Və rayonun kurasiyalığı da ziya məmmədovdan alınaraq fövqəladə şefinə verilib. Beləliklə hazırki icra başçısının 500 min manatının ogurlanmasını ictimayət arasında yayılmasına Yusif Abidov maraqlı olan şəxslərdən sayılır.
Məsələ ilə baglı rayon polis şöbəsindəki mənbələrmizlə əlaqə saxladıq. Polis şöbəsindəki mənbə də məşhur oğurluğun olduğunu təsdiq etdi və bunun gizli olaraq istintaqının aparıldığını bildirdi.
Yazıda adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Gündəm Xəbər.az