BolgeXeber.Com » Bölgə » İki uşaq anasını necə «dəli» çıxardılar?

İki uşaq anasını necə «dəli» çıxardılar?

3-09-2013, 10:15
Oxunub: 6 916 Lənkəran İcra Hakimiyyəti və Məhkəməsi pul qazanmaq üçün sağlam adamı sənədsiz-sübutsuz «psixi xəstə» elan edib

Ötən gün xəbər vermişdik ki, Lənkəran Məhkəməsində rəzalət dolu olay yaşanıb. Fuad adlı hakimin rəhbərliyi ilə keçirilən prosesdə Abbasova (soyadı şərtidir) adlı rayon sakininin boşanma məsələsinə baxılıb və ədalətsiz qərar çıxarıb.

Xanım Abbasovanın iki azyaşlı uşağı var və həyat yoldaşının validyenləri ilə xeyli müddətdir kolnflikt yaşayırmış. Ona verilən fiziki və mənəvi təzyiqlərə dözməyə gəlin məcburiyyət qarşısında qalaraq evi tərk etməli olub. Hətta bu fiziki və mənəvi təzyiqlərdən sarsıntı keçirən Abbasova özünə qəsd etməyi də düşünüb. Lakin xoşbəxtlikdən bu baş tutmayıb.

Lənkəran Məhkəməsində isə baş verən olay sözün həqiqi mənasında biabırçılıqdır. Çünki hakim Fuad məhkəmə zamanı heç bir qanuni əsasları, ayayış vəsənədləri nəzərə almadan xanım Abbasovanın uşaqlarını əlindən alaraq, ərinə verib. Belə ki, hakim proses zamanı yalnız şahidlərin ifadələrinə əsaslanıb. Üstəlik, Abbasovanı heç bir dəlil, sübut olmadan «psixi xəstə» elan edib. Özü də bu o qədər biabırçı şəkildə elan edilib ki, məhkəmədə işləyənlərin özləri belə hakimin hərəkətinə məəttəl qalıblar. Belə ki, hakim məhkəmə zamanı xanım Abbasovanı «uşaqları niyə döyürsən?» deyərək «dəli» elan edib. Abbasova isə cavabında bildirib ki, «Uşaq məni əsəbləşdirərkən, onun əlinə və ya yanına bir sillə vurmaq dəlilik deyil. Bunu hər bir ana edib. Elə sizin ananız da zamanında sizə bu cür davranıb». Bundan sonra hakim əsəbiləşərək «Sən dəlisən, ona görə də uşaqları sənə vermək olmaz» deyə bildirib və qərar çıxarıb.

Halbuki məhkəmə bununla bağlı tibbi ekspertizanın rəyinə sahib olmalıydı ki, Fuad hakimin də bunu etməməsi isə pul müqabilində olub. Verilən məlumata görə, hakim bu işlərin müqabilində Abbasovanın keçmiş ərindən 5000 manat pul alıb. Eyni zamanda, Lənkəran İcra Hakimiyyətinin əməkdaşı Emin adlı şəxs də Abbasovanın ərindən 1000 manat pul alaraq ona qəyyumluq haqqında arayış verib.

Əldə etdiyimiz yeni məlumatlara görə, İcra Hakimiyyətində işləyən Emin adlı şəxsin qohumlarından biri Lənkəran polisində kapitandır. Digər bir qohumu isə Lənkəran təhsil şöbəsinin müdiri Şahanə Əhmədovadır. Həmçinin Eminin icra başçısının müavini Vüsal Nəsirovla da yaxın qohum olduğuna dair məlumatlar var. Görünür, onun rahatlıqla pul müqabilində belə arayış verməsi güvəndiyi adamlarla bağlıdır.

P.S. Möhtərəm hakim, çox hörmətli Lənkəran İcra Hakimiyyəti, sizcə 5000+1000 manata görə iki körpə uşağı heç bir qanuni əsas olmadan anasından ayırmağa dəyərmi?

P.S.S. Abbasovanın qaynatası Lənkəran İcra Hakimiyyətinin hansı vəzifəli şəxsi ilə ailəvi dostluq münasibəti var? İcra başçısı Taleh Qaraşovun adından ailənin başçısına hansı vəd verilib?
Jam.az