Horadizdə ermənilərin yandırdığı küçə bərpa olundu
11-09-2013, 13:30
Oxunub: 4 236
Bu gün Horadiz şəhərində işğal dövrü dagıdılmış daha bir küçənin əsaslı təmir və bərpadan sonra açılışı olmuşdur. Uzunluğu 3 km olan küçə müasir dizayna uyğun bəzədilmiş, geniş abadlıq-quruculuq işləri aparılmış, elektrik kabelləri yeraltı sistemlə çəkilmiş, müasir elektrik dirəkləri quraşdırılmış, yerli şəraitə uyğun müxtəlif ağac və gül kolları əkilmişdir. Bu barədə Bolgexeber.com-a RİH-dən məlumat verilib.
Bu münasibətlə rayon İcra Hakimiyyəti Başçısı Alı Alıyev, rayonun idarə, müəssisə, hüququ-mühafizə orqanları rəhbərlərinin və rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən küçə sakinləri Füzuli rayonuna göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər. Hazırda Horadiz şəhərinin daha 2 küçəsində təmir və bərpa işləri aparılır və yaxın vaxtlarda işlər başa çatdırılaraq küçə sakinlərin istifadəsinə veriləcəkdir. Tədbirdə 350-400 nəfər iştirak etmişdir.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər