BolgeXeber.Com » Bölgə » Qubada təhsil rəzaləti

Qubada təhsil rəzaləti

12-09-2013, 09:30
Oxunub: 5 395 Mikayıl Cabbarova villa bağışlamaq istəyən Quba təhsil şöbəsinin müdri həbs təhlükəsi altında

23 mindən artıq şagird kontigentinə malik olan Quba rayon təhsilinə 18 ildir ki,Süleyman Aslanov başçılıq edir.Təhsil şöbəsinin mürdinin həyata keçirdiyi qeyri qanuni işlər nəticəsində rayonun təhsil sistemi məhv olub. Rayondakı mənbəmizin məlumatına görə Quba rayonun təhsil şöbəsinin müdiri Süleyman Aslanov yeni dərs ilində 15 sentyabra kimi tutuduğu vəzifədən azad ediləcək. Bu barədə rayondakı mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, təhsil naziri Mikayıl Cabbarovun göstəişi ilə təhsil nazirliyi tərəfindən Quba Təhsil Şöbəsində yoxlamalr aparılır.. Araşdırmalar zamanı məlum olub ki, təhsil şöbəsinin müdiri S.Aslanov rəhbərlik etdiyi qurumda qanunsuzluqlar həyata keçirib.
Belə ki, S.Aslanov rayonda bir çox şəxsi saxta diplomla işə götürüb. Eyni zamanda, onun rəhbərlik etdiyi qurumda mənimsəmə faktlarının da olduğu aşkarlanıb. Rayon təhsil şöbəsininə yaxın olan mənbəmizin bildirdiyinə görə,təhsil nazirinin burada yoxlamalrın aparılmasınına səbəb isə şox maraqlı dettalarla bağlıdır. Beləki 18 ildir rayon təhsil şöbəsinin müdri işləyən Süleyman Aslanov rayonda Misir Mərdanovun yaxın adamı kimi tanınıb. Rayon sakinləri bildirir ki, təhsil şöbəsinin müdri keçmiş təhsil nazirinə Qubanın Dağlı kəndinə 1 hektar sahəsi olan vila tikdirərək bağışlayıb və beləliklə də Misr Mərdanovun 15 illik vəzifəsi dönəmində öz yerini möhkəm saxlaya bilib. Yeni nazirin gəlişi isə bir balaca rayon təhsil şöbəsinin müdri S.Aslanovu yerindən edib. Beləki,Mikayl Cabbarov nazir təyinatından sonra rayon təhsil şöbələrinin dosiyaları ilə tanış olub və təhsil şöbələrinin mürdrlərini qəbul edərək aldığı bilgilərə görə təhsil şöbələrini bilgisinə görə təngid edib. Nazirlə tanışlıq görüşündə Quba təhsil şöbəsinin 18 illik müdri isə digərlərindən daha çox tənqid olunub.Rayondakı təhsil problemlərindən Heydər Əliyev fonduna ünanvalan şikayətlərin çoxluq təşkil edildiyini bildirb.
Nazirin tənqidindən sonra “suyu süzülə-süzülə” Qubaya qayıdan Süleman Aslanov təhsil nazirinə xoş gəlmək üçün öz metodundan istifadə etmək qərarına gəlib. Məktəblərdə müəllimlərin yay tətilinə yenicə çıxan vaxtlarına baxmayaraq təhsil şöbəsinin müdri həmən müəllimləri qəbuluna dəvət edib,və yeni təhsil nazirinin qəbulunda olduğunu və həmişəki kimi, yuxarı çatdırılmalı haqqın təcili yığılmasına göstriş verir. Müəllimlərdən rüşvətin yığılması prosesini təhsil şöbəsinin şöbə müdri Logman adlı müəllim həyata keçirib.rayondakı müəllimlərdən pul yığıldıqdan sonra Süleyman Aslanov Qubanın Amasar kəndində 1 hektar ərazi olan hazır tikiliş villa almaq qərarına düşüb beləliklə müəllimlərdən yığdığı pulun üstünü də düzəldərək 230 min manat dəyərində villanı alaraq yeni təhsil nazirinə hədiyyə etmək istəyir.Bunun üçün yeni təhsil nazirinə yaxın adamlara çıxış axtarır.Mənbəmiz bildirir ki,bu arada rayonunun bir qurup qocaman müəllimi yeni təhsil nazirinə teleqram ünvanlayıb məsəlini nazirin diqqətinə çatdırırlar.Ötən həftə nazirə çatan xəbərdən dərhal sonra nazir rayon təhsil şöbəsinə yoxlama göndərib.Mənbəmiz bildirir ki,hazırda nazirin yoxlama komanadası rayonda təftişlə məşğuldur və təhsil şobəsinin yeyinti və korrupsiay faktalını üzə çıxarıb.Təhsil şöbəsində olan mənbəmiz qeyd edir ki, nazir Süleyman Aslanovu həbs etdirmək üçün təqdimat verəcək. Bu təqdimatın gecikməsinə səsbəb isə rayonda müəllimlərin yeni dərs ili ilə bağlı keçiriləcək qurultayı olub və bu qurultaya təhsil nazirliyindən nümayəndə göndərən nazir Mikayı Cabbarovun göstərişinə əsasən həmin nümayəndə qurultayda rayondakı biabırçı təhsil bumundan danışıb.Mənbəmiz bildirir ki, Təhsil nazirini əsəb sisteminə toxunana məsələ onun adından müəllimlərdən pul yığılması olub. Rayon təhsil şöbəsinin mürdri aldığı villanı Mikayıl Cabbarova hədiyyə edə bilməyib.Rayondakı mənbəmiz iddia edir ki, təhsil şöbəsinin mürdi S.Aslanovun həbsi üçün korrupsiyaya qarşı mübarizə idarəsinə də təqdimat yollayıb.Yaxın günlərdə təhsil mürdinin həbs olunması gözlənilir.Eləcədə yoxlamalar aparıla-aprıla təhsil naziri Quba rayon icra başçısı Mübariz Ağayevə məktub göndərilib və aşkarlanan qanunsuzluq faktları ilə bağlı ona məlumat verilib. Bu arada qeyd edək ki, 18 illik təhsil şöbəsinin müdri Süleyman Aslanov Qubaya icara başçısı gələn Mübariz Ağayevin varlanmasında da böyük xidmətləri olub və bu xidmətlərin qarşısında icra başçısı onu müdafiə edib.Beləki Mübariz Ağayevin inşa etdirdiyi villanın 70 faizini Süleyman Aslanovun müəllimlərdən yığdığı rüşvət hesabına ərsəyə gəlib.
Amma verilən bilgilərə görə hazırda icra başçısı da onun işdən çıxarılaraq həbs olunmaması üçün kömək edə bilmir.Mənbəmiz bildirir ki ötən gün Quba rayonunda müəllimlərin qurultayından sonra axşam vaxtlarında təhsil şöbəsinin müdri ,buxalteri və loğman adlı şöbə müdri MTN-nin rayon şöbəsinə çagırılıb 3 təhsil işçisi orada 4 saatdan artıq dindirilib və gecə saatlarında hələlik sərbəst buraxılıb.Bildirilir ki rayon təhsil şöbəsinin mürdi rayonda yeni inşa olunan məktəb tikintilərində də 100 minlərlə pul mənimsəyib ki, bu fakt da nazir tərəfindən baş prokurorluğa yolladığı təqdimatda əks olunub
O da bildirilir ki,230 min manata alınan villa təhsil şöbəsinin əlindən alınıb.Mənbə qeyd edir ki,villanın kim tərəfindən müsadirə olunması ilə bağlı məlumat yoxdur. Mənbəmiz qeyd edir ki, yaxın günlərdə icra başçısı həmin məktubda göstərilən faktlara əsasən, S.Aslanov işdən azad edəcək. Onun tutduğu postdan uzaqlaşdırılmasından sonra həbs olunma ehtimalının da olduğu bildirilir.
Qeyd edək ki, ötənlərdə başqa rayonunların birində də belə bir hal yaşanmışdı və icra başçısı təhsil şöbəsinin müdirini işdən çıxarmışdı. Həmin məlumatlardan öncə də bildirilirdi ki, baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsi həmin təhsil şöbəsinin fəaliyyətində yoxlamalar aparıb və icra hakimiyyəti başçısına şöbə müdirini idən azad etmək tapşırığı verib. Onu da bildirək ki, hakimiyyətdaxili mənbələrdən aldığımız məlumatlara görə, baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin bu şəxsləri birbaşa həbs etməməkdə məqsədi cəmiyyətdə gərginlik yaratmamaqdır. Iddia olunur ki, son günlərdə ardıcıl şəkildə bir neçə vəzifəli məmur korrupsiya ittihamı ilə həbs edildiyi üçün bu cür həbslərin sayını çoxaltmaqdan vaz keçilib. Fəaliyyətində korrupsiya faktı aşkarlanan məmurlar isə işdən azad edilməklə lokal formada cəzalandırılır. azerinews