Hidro Lotus M.M.C vətəndaşları aldadır?
23-09-2013, 09:45
Oxunub: 6 963
Bir qrup Sumqayıt sakini Dövlət Başçısından kömək istəyir
Daxil olan şikayət məktubunda göstərilir ki, Hidro Lotus M.M.C şirkəti vətəndaşları aldadaraq onların əmək haqqlarını verməkdən boyun qaçırır. Avqust ayın 1- dən müqabilə şərti ilə işlə təmin olunan Qubadov Tofiq, Əliyev Rəşad, Məmmədov Kamran, Cabbarov Ceyhun, Seyidov Elşən, Əliyev Zamiq heç bir səbəb göstərilmədən işdən azad ediliblər. Onların dediyinə görə şırkətin "Formenləri" Kamran və Paşa şəxsi münasibətlər hesabına belə bir addım atıblar. Vətəndaşlar şikayət ərzələrində qeyd ediblər ki, formen Kamran " Mənim sizdən xoşum gəlmir" deməklə birdəfəlik məsələni bitirib. Araşdirmalar zamanı məlum oldu ki, Məmmədov Vusal Kamal oğlu iş zamanı ağır bədən xəsarəti almışdır. İş yoldaşları təcili yardıma zəng etmək istəyərək Kamran buna imkan verməmişdir. Bunun nəticəsidir ki, Vusal Məmmədov iş qabiliyətini itirmişdir. Məsələ ilə bağlı formen Kamran müəllimlə telfon əlaqəsi yaratdıq. Qarşı tərəfin münasibəti konkret və qəti oldu. " Nə istəyirsiniz yazin. Mən sizin başınıza oyun açaram. Mənim qohumum Elmar Məmmədyarovun yanında işləyir. Elə etməyin ki, sizi çökdürüm"
Sumqayıt sakinləri Xeberci.org-ın vasitəsi ilə Dövlət Başçısı Cənab İlham Əliyevdən kömək diləyirlər. Biz inanırıq ki, məsələyə birbaşa aidiyyətli qurumlar münasibət bildirəcəklər.Araşdırmalar davam edir.
Xeberci.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər