Bağçanın müdirəsi Sumqayıt ŞİH-nin adından pul yığır
23-09-2013, 09:55
Oxunub: 6 318
Sumqayıtda 21 saylı körpələr evində pul yığımı
Məlum olduğu kimi artıq iki ilə yaxın bir müddətdir ki, ölkə başçısının müvafiq sərəncamı ilə körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Təəssüflər olsun ki, bu tədbirin uşaq müəssisələrinin fəaliyyətində nəzərəçarpacaq mütərəqqi dəyişikliklərə səbəb olduğunu hələ də söyləmək olmur. Əksinə bir çox hallarda yeniliyi ifadə etməli olan bu təzahürlər daha çox neqativ cəhətləri ilə xarakterizə olunurlar. Əslində ölkəmizdəki uşaq bağçalarının fəaliyyəti hər zaman ictimaiyyətin tənqidinə tuş gəlib və bu tendensiya indi də davam etməkdədir. Bu gün isə uşaq müəssisələrinin Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq icra orqanlarının tabeliyinə verilməsi bir çox rüşvətxor bağça müdirləri üçün əlavə imkanlar da yaratmışdır. Bu xüsusda müxtəlif instansiyalara ünvanlanan şikayət məktublarından da göründüyü kimi bəzi müəssisə rəhbərləri öz neqativ fəaliyyətlərini daha da genişləndirmək qərarına gəliblər. Artıq bir çox bağça müdirləri icra strukturlarının yüksək vəzifəli əməkdaşları tərəfindən onlara “aylıq haqq” ödəmələrinin təyin olunduğunu bəyan edərək, həyata keçirilən pul yığımının “təyinat” siyahısına yeni bir bənd də əlavə etmişlər.Redaksiyamıza daxil olan məlumatlarda bu kimi canfəşanlıqda xüsusilə seçilən müəssisələrdən birinin də Sumqayıt şəhərində yerləşən 21 saylı Körpələr Evinin olduğu bildirilir. Məlumatlarda göstərilir ki, bu körpələr evinin müdirəsi Vicdan müəllimə də, artıq ötən ilin əvvəllərindən valideynlərə Sumqayıt Şəhər İcra Hakimiyyətinin səlahiyyətli məmurları tərəfindən müəssisələrinə konkret məbləğdə aylıq haqqın təyin olunduğunu bildirərək, həmin vaxtdan etibarən hər uşağa görə ayda əlavə 20 manat yığılacağını bəyan etmişdir. Həm də Vicdan xanım bu pulların bilavasitə Sumqayıt ŞİH-nin bağçaları kurasiya edəcək əməkdaşlarına çatacağını da gizlətməyi lazım bilməmişdi. Əlbəttə ki, uşaqlarının məhz 21 saylı körpələr evində “tərbiyyə” almalarını arzulayan valideynlərin xərcləri heç də bu 20 manatla məhdudlaşmır. Belə ki, ilkin olaraq hər bir uşağın bu müəssisəyə qəbul edilməsi üçün valideyn 150-200 manat civarında pul ödəməlidir. Həmçinin aylıq tələb olunan 5 manat “yemək pulu” və digər ödənişlər də xərclər siyahısında xüsusi bənd kimi qeyd olunur ...Məlumdur ki, uşaq müəssisələrinin fəaliyyətləri ilə bağlı pul yığımlarından başqa digər problemlər də kifayət qədərdir. Bu tip müəssisələrdə uşaqlara verilən yeməklərin aşağı keyfiyyətdə olması, tərbiyəçilərin peşə yönümlü olmaması və savadsızlığı, bağçalara ayrılan ərzaqların mənimsənilməsi kimi halların mövcudluğu heç də sirr deyildir. Elə ölkə başçısının sərəncamı da uşaq bağçalarında vəziyyətin ciddi nəzarətə götürülməsi və proqressiv yeniliklərin tətbiqi məqsədilə verilmişdir. Lakin görünür bu yeniliklər korrupsioner məmurların maraqları ilə qətiyyən uyuşmur. Buna görə də uşaq müəssisələrində əsaslı islahatların aparılması üçün ilk növbədə onlara rəhbərlik edən şəxslərin fəaliyyətləri tam ciddiliyi ilə təftiş olunmalı, korrupsiya hallarına və digər qanun pozuntularına yol verən məmurlar cəzalandırılaraq uşaq bağçalarından birdəfəlik uzaqlaşdırılmalıdırlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər