Ənvər Seyidəliyev ilə bağlı şok ittihamlar
26-09-2013, 11:20
Oxunub: 7 116
Yeni fəaliyyətə başlamış xəbər saytlarından biri Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin barəsində sensasiyalı faktlar açıqlayıb.
Yazını qısa ixtisarla təqdim edirik: “Qeyd edək ki, Seyidəliyevlərin Ağsuda törətdikləri əxlaqla bir araya sığmayan hərəkətləri sözün əsl mənasında pik həddə çatıb. Artıq rayon ictimaiyyəti bu cür hərəkətlərdən ciddi narahatlıqlarını bildirlər. Adının çəkilməsini istəməyən bir şəxsin dediklərini olduğu kimi təqdim edirik: “Bu tayfanın zülmü doğrudan da yerə-göyə sığmaz. Mən Ağsu rayonunda uzun müddət müxtəlif vəzifələrdə işləmişəm. Bu nəsli yaxşı tanıyıram. Mirfazili də, Ənvəri də… İçlərində yalnız bir həkim qardaşı var idi. Uznun müddət rayon mərkəzi xəstəxanasımnın baş həkimi olmuşdur. Çox abırlı-həyalı adam idi. O da yol nəqiliyyat hadisəsi zamanı dünyasını dəyişdi. Allah ona rəhmət etsin. Mirfazil və Ənvər isə heç elə bil mərhumun qardaşı deyil. Bu qardaşlar qəddar, qaniçən olduqları qədər də əxlaqsızdırlar. Bunların törətdikləri əxlaqsızlıqların hamısını demək olar ki, rayonun bütün cammatı bilir. Bu adam, Ənvəri deyirəm, başçı təyin edilməmişdən qabaq rayonun çayxanalarında damino oynayanlardan bir idi. Onun başçı təyin olunmağı rayonu şoka saldı, yəni əvvəldən yerində olmayan kadr idi. Bu adamdan yaxşı nə gözləmək olar ki? İndi o qədər var-dövlət yığıb, harınlayıb ki, gözü ayağının altını görmür. Onu iş otağında tapmaq qeyri mümkündür. İşi-gücü buraxıb əyyaşlıqla-əxlaqsızlıqla məşğuldur. Onun eşq-işrət məcaraları birdimi, ikidimi sadalayım? Bir müddət əvvəl rayonda söz yayıldı ki, bir ərli jurnalist qadını tovlayaraq yoldan çıxarıb. Hətta ondan bir uşağı da dünyaya gəlib. A kişi, bunlarda utanıb-qızaran sifət var? İndi də dadanıb Aşıq Bayramlıdakı restorana. Deyilənə görə, orada özünə ev də alıb. Ev deyəndə, “DAÇA”dı deyirlər. Xüsusi “xanımları” orada “qəbul” edir. Vallah adamın əli üzündə qalır. Gör abırsızlıq-həyasızlıq o yerə çatıb ki, bu manyak öz yaxın qohumlarına belə tamah salır. Gözü düşdüklərini pulla şirinikləndirir, onların həyat yoldaşlarına vəzifə verəcəyini vəd edir, minbir oyun quraraq ələ keçirməyə müvəffəq olur. Hətda öz gəlininin yaxın qohumlarına belə tamah salan bu adam həqiqi mənada qadın manyakıdır. Onuda deyim ki, onun bu kimi əndazəyə sığmayan hərəkətlərindən yaxın qohumu, hazırda yüksək vəzifədə işləyən Səlim müəllimin də xəbəri var. Deyilənə görə, bir toy məclisində Ənvərin əməlli-başlı dərsini verib, ancaq nə fayda? Dəyirman öz işindədir… Ümumiyyətlə, bu tayfanın zülmü Ağsulularda böyük nifrət hissi yaradıb”. (carçı)
Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər