BolgeXeber.Com » Bölgə » Neftçala Maliyyə İdarəsində 7 milyonluq yeyinti

Neftçala Maliyyə İdarəsində 7 milyonluq yeyinti

9-10-2013, 09:25
Oxunub: 4 893 Qurumun rəhbərliyi bu qədər pulu gizlətmək üçün müxtəlif vasitələrə baş vurub

Neftçala Maliyyə İdarəsində 7 milyon manatlıq maliyyə yeyintisi qeydə alınıb. Daha doğrusu, rayona ayrılmış pulun böyük bir qisminin mənimsənildiyi üzə çıxıb. Jam.az-a verilən məlumatda deyilir ki, Neftçala rayonunda həyata keçirilən işlərlə bağlı dövlət büdcəsindən ayrılmış pulların bir qismi idarə rəhbərliyi tərəfindən götürülüb. Bu pulların hara və hansı məqsədlə xərcləndiyinə dair sənədlərdə isə rəqəmlər şişirdilib.

Məlumatlarda deyilir ki, həmin pulların silinməsi üçün təkcə maliyyə iadərsinin rəisi deyil, həmçinin Neftçala rayon İcra Hakimiyyəti də qollarını çırmayaraq, işi ört-basdır etməyə çalışır.