BolgeXeber.Com » Bölgə » Astaranı icra başçısı yox,onun müavini idarə edir

Astaranı icra başçısı yox,onun müavini idarə edir

9-10-2013, 13:55
Oxunub: 4 530 Bolgexeber.com bildirir ki, Astara payon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Masallıda icra başçısı olarkən bütün müavinləri onun sözünə qulaq asardı.Ancaq Qəzənfər Ağayev Astaraya icra başçısı təyin olunandan sonra müavinləri onu saymır.Rayondan verilən məlumatda bildirilir ki, Qəzənfər Ağayevin mətbuatla münasibətlərinin pisləşməsinin əsas səbəbkarı ,onun humanitar məsələlər üzrə müavini,həm də məbuatla əlaqələndiricisi rolunu oynayan İlqar Mayılovdur. Belə ki, İlqar Mayılov mətbuatda özünə bir neçə jurnalist dost taparaq Qəzənfər Ağayev haqda ictimaiyyətdə mənfi fikir formalaşmasına çalışır.Bundan başqa müavin qəbula gələn vətəndaşlarda da icra başçısına qarşı fikir formalaşdırır.Məsələyə münasibət bildirmək üçün Astara rayon İcra hakimiyyətinin başçısı ilə əlaqə saxlamağa çalışsaq da cəhdimiz boşa çıxdı.Əvəzində icra başçısının köməkçisi Arif müəllim əməkdaşımıza bildirdi ki, Qəzənfər Ağayev rayonda yoxdur.Buradan maraqlı sual ortaya çıxır, bəs görəsən prezident seçkiləri keçirilən ölkə əhəmiyyətli bir gün icra başçısı haradadır?!
Həqiqətən də deyəsən rayonun icra başçısı yox,onun müavini idarə edir.