BolgeXeber.Com » Bölgə » Neftçala təhsilində haqsızlıq –Fakt

Neftçala təhsilində haqsızlıq –Fakt

22-10-2013, 10:10
Oxunub: 4 365 Neftçalada hansı kriteriyalarla fəxri ada təqdim olunurlar?

Tia.az-ın elektron ünvanına daxil olan Neftçala təhsil idarəsindəki haqsızlıqlar barədə maraqlı məlumatlar daxil olub. Daxil olan məlumatlarda 5 oktyabr 2013 ci il tarixdə Beynəlxalq müəllimlər günü munasibətilə bir sira müəllim əməkdar muəllim fəxri adina layiq görülməsi ilə bağlıdır. Neftçala Rayonundan bu təltif üçün Gülnaz Mehdiyevanin namizədliyi irəli sürülmüşdü. Gorəsən Neftçala Rayonunda bu ada həqiqi mənada layiq olan Nəcəfova Ruhəngiz kimi muəllimə oldugu halda kim və niyə Gülnaz Mehdiyevanin namizədliyini Təhsil Nazirliyinə təqdim edib? Nəyə işarə etdiyimizi aşağıda verilən hər bir müəllimənin nailiyyətlərinə baxsanız yəqin ki, biləcəksiniz. Mən sizə həm Gülnaz Mehdiyevanin, həm də Ruhəngiz Nəcəfovanın islədiyi müddətdə əldə etdikləri nailiyyətləri təqdim edirəm. Baxin və dəyərləndirin. Kim bu ada və bu adın verilmə kriteriyalarına daha cox layiqdir.

Nəcəfova Ruhəngiz Əsrəf qizi.
Qirmizi kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyayyatı müəlliməsidir .
Naliiyyətləri: “Tərəqqi” medalı, 2013 -cu ildə ən yaxsi müəllim musabiqəsinin qalibi, respublika musabiqəsinin qalibi və pul mukafatçısı. Şagirdlərinin ali məktəblərə qəbul imtahanlarindan fənn uzrə duzgun cavablarinin faizi son 3 ildə 80-100 faiz. Sagirdləri son 3 ildə dəfələrlə fənn olimpiadalarinin respublika turunun qalibi olublar. Dəfələrlə şagirdləri respublika və beynəlxalq səviyyəli musabiqə və yarişların qalibidirlər.

Mehdiyeva Gülnaz Nadir qizi.
Neftçala şəhər 4 sayli orta məktəbin direktoru.
Naliiyyətləri: Qabaqcil Təhsil iscisi döş nişani. Baxin və dəyərləndirin. Kim əməkdar muəllim adina daha cox layiqdir.
Yenə də, xatirladiram ki, əməkdar muəllim adina Mehdiyeva Gülnaz Nadir qizi layiq gorulmusdur
Gülnaz müəllimə, əslində Ruhəngiz müəlliməyə yaraşan bu adi dasidiqca gorəsən hansi hissləri keçirir?
Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq.