BolgeXeber.Com » Bölgə » “Şamaxıda icra başçısı Asif Ağayevin səyyar görüşləri şou xarakteri daşıyır”
“Şamaxıda icra başçısı Asif Ağayevin səyyar görüşləri şou xarakteri daşıyır”
22-10-2013, 10:35
Oxunub: 6 081
Şamaxı rayonunun Çuxuryurd kənd sakinləri icra başçısından giley-güzar edirlər. Xatırladaq ki, bu günlərdə - 18 oktyabr tarixində icra başçısı şəxsən bu kənddə olsa da, yerli icra nümayəndəsi və bələdiyyə sədrinin müdaxiləsi ilə sakinlərin başçı ilə təması mümkünsüz olub. Bunu dia.az-a yazdıqları müraciətlərində kənd sakinləri bildirirlər.
Onların sözlərinə görə, icra başçısı yerlərdə səyyar görüş keçirsə də, bu görüşlərdə eyni adamlar iştirak edir: «Elə bir şou göstərirlər. Eyni adamları icra başçısı Asif Ağayevin səyyar görüş trayektoriyası istiqamətilə daşıyırlar və başçı bütün kəndlərdə eyni adamlarla görüşür. Hər kənddə yalnız bir-iki saxta şikayətçi görüşə buraxılır ki, onlar da problemlərinin həll olunduğundan «məmnunluqlarını ifadə edirlər». Elə Çuxuryurddakı görüş də heç nə ilə fərqlənmədi».
Sakinlər redaksiyamıza yazırlar ki, əslində bu gün Çuxuryurd böyük problemlərlə üz-üzə qalıb: «Bu da nəticədə kənddən əhalinin qaçaq düşməsinə gətirib çıxarır. Daha sonra söz Çuxuryurd və Qəleybuğurd kənd sakinlərinə verilmişdir. Çuxuryurdda bu gün məskunlaşan məcburi köçkün ailələri var ki, onların ciddi problemləri mövcuddur. Kənd sakinləri isə kənddaxili elektrik xətlərinin təmir edilməməsindən narazı olsalar da, başçıya yalançı hesabat verilib ki, guya problem həll olunub. İcra nümayəndəsi və bələdiyyə işçilərinin öz qohumlarının elektrik xətti problemini həll etməsi nə zamandan kənddaxili eletrik xəttlərinin təmiri kimi başa düşülür?»
Sakinlər bildirir ki, onlar bu səbəbdən icra başçısı ilə ayrıca görüş tələb edirlər: «Qarşıdan qış gəlir. Qaz problemi var. Elektrik xəttləri bərbad haldadır. Belə gedərsə, Şamaxıda olan-qalan meşə zolaqları da məhv ediləcək. Dövlət ağac əkir, meşa zolağı yaradır, nadir heyvanları bu qoruqlarda bəsləyir, amma icra başçısının diqqətsizliyi (ən yumşaq ifadəmiz budur -sakinlər) səbəbindən Şamaxı sakinləri meşələri məhv etmək zorunda qalırlar. Əks halda, insanlar məhv olma təhlükəsi ilə üzləşər»
Qarşı tərəfi də dinləməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər