Biləsuvarda dövləti tanımayan dövlət məmuru
22-10-2013, 11:15
Oxunub: 5 410
“Mən də deyirəm şəxsiyyəti , mənəviyyatı, əxlaqı olmayan bir kəsin bu günlərədə məndən 20 min təzminat istəməyə nə haqqı çatır?”
Bolgexeber.com-un redaksiyasına Biləsuvar şəhər Ü. Hacıbəyov küçəsi Qarabağ əlilləri və şəhid ailələri binası, 16 B, mənzil 15-də yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Ağayev Elşən Gülağa oğlu tərəfindən dövlət başçısına ünvanlanmış şikayət məktubunun surəti daxil olmuşdur.Həmin şikayət məktubunu olduğu kimi oxuculara təqdim edirik:
“ Biləsuvar şəhər Ü. Hacıbəyov küçəsi Qarabağ əlilləri və şəhid ailələri binası, 16 B, mənzil 15-də yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Ağayev Elşən Gülağa oğlu tərəfindən
Şikayət Ərizəsi
Möhtərəm prezident , hörmətli dövlət rəsmiləri, bu məktubu yazmağa vadar edən səbəb Biləsuvar rayon Ovçubərə kənd İcra nümayəndəsi Mikayılov Ağadin Baba oğlunun özbaşınalığıdır. Prezident seçkisindən öncə rayonumuzun icra başçısı Mahir Quliyevlə görüşərək Ağadin Mikayılovun dövlət idarəsində digər vətəndaşı, həmkəndlim Yarməmmədov Siyasət Aslan oğlunu işlədiyi idarəyə dəvət edərək mənim ünvanıma böhtan və qərəzli yazılar yazaraq müavini Allahşükürü məcbur edərək yazdığı yazını dövlətə məxsus kompüterdə yazdıraraq vətəndaşları ancaq dövlətə qarşı qaldırmaqla məşğuldur. Rayon rəhbəri Mahir Quliyevin bizə xahiş və tövsiyyələri o olduki prezident seçkilərinə yaxın bir zaman qalır, əl -ələ verib bu seçkidə öz vətəndaşlıq borcumuzu yerinə yetirək. Sonra isə bu şəxsin barəsində qanuna müvafiq şəkildə ciddi ölçü götürəcəyik.
Ağadin Mikayılov haqqında sizə qısa bir arayış vermək istəyirəm. Vətənin dar günündə xalqına, millətinə xidmət etmək əvəzinə qardaşları ilə birlikdə dövlətin, vətəndaşların mal-qarasını talan edib qonşu İran dövlətinə satmaqla məşğul olublar. Həm də Ağadin Mikayılov o şəxsdir ki mərhum ulu öndərimiz Heydər Əliyevin prezidentliyi zamanında, sağlığında ona vəzifə verilmədiyi üçün hər yerdə açıq şəkildə deyirdiki Sovet hakimiyyəti dövründən bu günki günə qədər Azərbaycan dövlətinin torpaqlarını ermənilərə bağışlayanlar bu gündə hakimiyyətdədirlər. Bir daha sizlərə xatırladaqkı o bu sözləri işlədərkən hakimiyyətdə mərhum prezidentimiz Heydər Əliyev idi. Eyni zamanda həmən dövrlərdə ona vəzifə verilmədiyinə görə dəfələrlə yuxarı təşkilatlara dövlətimizin vətəndaşlığından imtina edib Ermənistan vətəndaşlığını qəbul edəcəyini rəsmi şəkildə bildirmişdir.
Qarabağ müharibəsi dövründə qardaşlığa heç biri əlinə silah alıb , vətənin dar günündə döyüşlərə qatılmayaraq kəndimizin qamış və dalalıqlarını özlərinə sığnacaq bilmişlər. Əyani sübut olaraq o öz övladını bu gün saxta yollarla dövlətin həqiqi-hərbi xidmətindən yayındırmışdır. Ona hüquq təsili verdirərək, hüquqşünas görməl istəyir. Lakin vətəninə , millətinə , torpağına xidmət etməyən bir kəs hansı formada bu dövlətin vətəndaşlarının hüquqlarını qoruya bilər? Eyni zamanda Heydər Əliyev hakimiyyətindən vəzifə ala bilmədiyi üçün bir vaxtlar deyirdi, Heydər Əliyev İdarəçilik Akademiyası oğru, quldur, xəyanətkar rəhbərlər yetişdirir. Sizin hakimiyyətiniz dövründə vəzifə aldıqdan sonra hara gəldi ağzına gələni danışaraq, bu gün bu dövlətdə hakimiyyəti kürdlər idarə edir.
Bizim nəsilində əsli kurdlərə gedib çıxır. Ermənilərlə kürdlər yaxın münasibətdə olduqlarına görə mən də ermənilərə güllə atanların hər birinin axrına çıxacayam. Sovet hakimiyyəti illərində bu şəxsin ailə başçılarını dəfələrlə çobanlıq etdiyi fermalardan oğurluq etdikləri üçün həmən ərazilərdən uzaq yerlərə təcrid ediblər. Vəzifəyə gəldikdən sonra saysız-hesabsız kəndimizin digər sakinləri tərəfindən yuxarı təşkilatlara müraciət edilsə də onun haqqında heç bir tədbir görülmədikdə günü-gündən həddini aşaraq , kənd sakinlərini küçə söyüşləri ilə əxlaqsız formada təhqir edərək onları alçaldır. Buradan belə çıxır ki, türklərin ən böyük düşməni olan PKK –nın rəhbəri Öcəlanı tükr dövləti məhv edə bilmədiyi üçün bu gün bu şəxsin arxasında yəqinki Öcalan özü durur. Bu şəxsin cinayətləri haqqında rəsmi faktlar göndərirəm.
Bu gün bu insan mənim haqqımda Biləsuvar rayon məhkəməsinə müraciət edərək onun şəxsiyyətini alçaltmağım barəsində müraciət edib. Mən də deyirəm şəxsiyyəti , mənəviyyatı, əxlaqı olmayan bir kəsin bu günlərədə məndən 20 min təzminat istəməyə nə haqqı çatır?
Dövlətin məmuru hansı əsasla vətəndaşların adından öz adına vəkalətnamələr yazaraq torpaq və ünvanlı sosial kartlarını özü götürür. Məmurun bu işdə marağı nədir?
Cənab prezident, bu yaxınlarda siz korrupsiyaya qarşı yeni binanın açılışı zamanı nitq söyləyərək dedinizki mən bir neçə ciddi məsələləri diqqət mərkəzində saxlayacağam. O cümlədən korrupsiya məsələləri tam diqqət mərkəzində olmaqla. Lakin bu məmurlar sizin dediklərinizin əksinə gedərək iyrənc addımlarının miqyasını genişləndirir, sizin qərarlarınızı kobudcasına pozurlar.
Hörmətli prezident , hörmətli dövlət rəsmiləri Ağadin Mikayılovun çirkin, və iyrənc əməllərini sadalamaqla qurtara bilmərik. Odur ki, sonda sizdən xahiş edirəm bu şəxsin barəsində qanunun aliliyi çərçivəsində müfaviq ölçü götürülməsi barəsində yerli hüquq və icra orqanlarına göstəriş verəsiniz”.
Hörmətlə: Ağayev Elşən Gülağa oğlu
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər