BolgeXeber.Com » Bölgə » Direktor Vaqif Əmiraslanovun arxalandığı məmur kimdir?

Direktor Vaqif Əmiraslanovun arxalandığı məmur kimdir?

22-10-2013, 11:35
Oxunub: 7 085 Bakı məktəbəqədər kollecdə “Min bir oyun”

Redaksiyaya daxil olan məlumatlarda göstərilir ki, bəzi təhsil müəssisələri “özəl” obiyekt kimi fəaliyyət göstərir. Sanki eks Təhsil Naziri Misir Mərdanovun miras qoyduğu qanunları həyatə keçirməklə öz işlərini bitmiş hesab edirlər. Dəfələrlə gələcəyimiz olan təhsilin məhvə doğru addımladığı barədə içtimayətə geniş məlumat verilmişdir. Tənqiddən nəticə çıxartmaq əvəzinə əhdlərinə sadiq qalan direktorlar, min bir yollarla gəlir mənbələrini artırırlar.
Son vaxtlar mətbuatda adı qalmaqalla hallanan Vaqif Əmiraslanov, eyni zamanda Bakı Məktəbəqədər Kollecin direktorudur. Kollecdən verilən məlumata görə direktor Vaqif müəllim , Əhliman Əmiraslanova güvənərək “Burda mənəm Bağdad da kor xəlifə” pirinsipi ilə meydan sulayır. Nəzərinizə çatdıraq ki, Əhliman Əmiraslanov Tibb Universitetin rektoru, millət vəkilidir. Məlumatı verən mənbə bir daha vurğuladı ki, kollecin direktoru Vaqif Əmiraslanov ətrafına məhz “pulu düşünən” müəllimləri cəmləşdirmişdir. Belə ki, hər smestr 400(əyani)-600(qiyabi) manat aralığında pul yığımına start vermişdir(ətraflı növbəti saylarımızda). Məsələnin ciddiliyini nəzərə alıb jurnalist araşdırmalarına üstünlük verdik. Araşdırmalardan sonra məlum oldu ki, külli miqdarda dövlətin vəsaitini qara yollarla mənimsəyən Vaqif Əmiraslanov , Təhsil Naziri Mikayil Cabbarovla anlaşmaq üzrədir. Gəlirlərin bir qismi çox güman elə bu yolla “ Yuxarı” ötürüləcək. Redaksiyamızla əlaqə saxlayan kollecin müəllimi(adı şərtdir) vəziyyətin gərgin olduğu barədə bizi məlumatlandırdı. Onun dediyinə inansaq Bakı Məktəbəqədər Kollecin direfktoru Vaqif Əmiraslanov biznes fəaliyyəti ilə də geniş əlaqələr qurub. Bunlardan əlavə Quba rayonunda fəaliyyət göstərən obiyeklər hər ayın sonunda Vaqif Əmiraslanovla hesablaşırlar. Bu azmış kimi şəhərin mərkəzində Sadlıq Sarayının olduğu məlumatlar sırasında yer almışdır. Dəhşətlisi budur ki, kollec direktorun yüksək məbləğdə hesablanan obiyekləri hansı yollarla əldə etmişdir?.
AzeriNews.tv olaraq inanırıq ki, Təhsil Naziri Mikayil Cabbarov Bakı məktəbəqədər kolleci nəzarətə götürəcək və təhsil ocağını böyük bəlalardan xilas edəçəkdir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Araşdırmalar davam edir.