Tovuzun Elçin Məmmədov bəlası - YENİLƏNİB
22-10-2013, 13:45
Oxunub: 4 146
Bölmə rəisi səxsiyyət vəsiqəsini dəyişmək üçün bura müraciət edən vətəndaşları müxtəlif bəhanələrlə “get- gələ” salır
Respublikamızın şəhər və rayonlarında fəaliyyət göstərən rayon polis söbələrinin qeydiyyat və səxsiyyət bölmələri tərəfindən vətəndaşların hüquqlarının pozulması, rüşvətxorluq və sairə bu kimi neqativ hallarla bağlı şikayətlər səngimək bilmir. Tovuz rayonundan bu mövzuda şikayət məktubu daxil olmuşdur.Şikayətçi bildirir ki,bölmə rəisi Elçin Məmmədov səxsiyyət vəsiqəsini dəyişmək üçün bura müraciət edən vətəndaşları müxtəlif bəhanələrlə get- gələ salır.Məqsəd isə rüşvət almaqdır. Ümumiyyətlə, Azərbaycan Respublikasının vətəndaşlarına 25, 35, 50 yaşına çatdıqda, həmçinin onların soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi vəziyyəti dəyişdikdə şəxsiyyət vəsiqəsi mütləq dəyişdirilməlidir. Bölmədə 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən qanunsuz olaraq dövlət rüsumu alınır. 16 yaşına çatmış vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsinə görə: üç iş günü müddətinə verildikdə - 10 manat , üç iş günündən sonrakı müddətdə verildikdə - 1 manat rüsum ödəməli olduğları halda 30-40 manat arası pul alınır.Şikayətçi qeyd edirki, vətəndaşlara 25, 35, 50 yaşına çatdıqda, həmçinin onların soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi vəziyyəti dəyişdikdə, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə - 2 manat əvəzinə 10- 15 manat, Şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə, onun dəyişdirilməsinə görə - 30 manat əvəzinə 50- 55 manat rüşvət verməli olursan .
Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə qanuni formada 5 manata kimi xərc çıxır. Onlardan 2 manat dövlət rüsumu, 2 manat foto şəkil və 1 manat isə sənədlərin kserosurəti üçün ödənilir. Bölmədə reallıq isə başqa formadadır. Yuxarıda sadalanan məbləğdən savayı, 15-20 manat arasında əlavə məbləğ sənədləri təhvil verərkən alırlar.
Digər qanun pozuntusu isə sənədin verilmə müddəti ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanunun 4-cü maddəsinə əsasən vətəndaşın şəxsiyyət vəsiqəsi ən geci 10 gün müddətində verilməlidir. Reallıqda isə şəxsiyyət vəsiqəsini 30 gündən sonra almaq olur.Burada da bölmə rəisi Elçin Məmmədova “Görüm- baxım” eləməlisən.
Araşdırmamız davam edir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər