BolgeXeber.Com » Bölgə » Gədəbəy Mərkəzi Xəstəxanasında özbaşınalıq…

Gədəbəy Mərkəzi Xəstəxanasında özbaşınalıq…

22-10-2013, 13:55
Oxunub: 6 959 Baş Həkim büdcəni talayır

Gədəbəy rayon Mərkəzi Xəstəxanasında olan özbaşınalığ vətəndaşları boğaza yığıb. Bu barədə daxil olan məlumatlarda bildirilir ki, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim həkimin tapşırığı əsasında bütün xəstələrdən məcburi rüşvət tələb olunur. İmkanı olmayan xəstələr isə baxımsızlıqdan əziyyət çəkir. Rayon mərkəzi Xəstəxanasında baş verən bütün qanunsuzluqlar və baş həkimin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək insanları narazı salan bütün işlərdən Səhiyyə Nazirliyi və Gədəbəy rayon icra hakimiyyətinin bilavasitə məlumatları olmalarına baxmayaraq, problemlərin həlli üçün faktiki olaraq heç bir addım atılmır. Bütün bunlar isə baş həkimin əl-qolunu daha da açır. Gədəbəy rayon Mərkəzi Xəstəxanasında olan qanunsuzluqlar bunlarla bitmir. Belə ki, Rasim həkim Rayon Mərkəzi Xəstəxanasında müalicə olunan xəstələrə dövlət büdcəsindən ayrılan dərman preparatları və qida məhsulları vermir. Xəstələrdən özləri üçün evdən yemək gətirmələrini və xəstəxananın yaxınlığında olan aptekdən dərman almalarını tələb edir. Beləliklə də dövlət büdcəsindən xəstələr üçün ayrılan dərman preparatlartı və ərzaq məhsulları bir neçə vəzifəli şəxslər tərəfindən mənimsənilir.

Baş verənlərə münasibət öyrənmək üçün Gədəbəy rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim həkimlə əlaqə saxladıq. O, barəsində deyilənlərə münasibət bildirməkdən yayındı.

Xatırladaq ki, rayonda 100 çarpayılıq Akademik Zərifə Əliyeva adına Mərkəzi Rayon Xəstəxanası, 25 çarpayılıq 5 sahə xəstəxanası, 19 həkim məntəqəsi, 25 feldşer-mama məntəqəsi və 1 GEM fəaliyyət göstərir.

Gədəbəy rayon Mərkəzi Xəstəxanası ilə bağlı olan geniş araşdırmalarımız olacaq.