Şəmkirdə dövlət bayrağımız sıradan çıxıb-Fotolar
22-10-2013, 18:05
Oxunub: 4 311
Şəmkirdə dövlət bayrağımız sıradan çıxıb
Nazim Veyisovun etinasızlığı üzündən dövlət atributumuzun ucaldığı meydanın ətrafı zibilliyə çevrilibMəlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə bütün rayonlarda ölkəmizin əsas atributu olan Bayrağımız üçün Bayraq Meydanları inşa edilir. Hal -hazırda Bakıda dalğalanan üçrəngli bayrağımız üçün ayrılmış Meydan isə dünyada analoqu olmayandır. Bakıda Bayraq meydanı paytaxtımızda səfərdə olan qonaqları heyran edir. Bu ölkə başçısının dövlət atributlarına göstərdiyi diqqətin bariz nümünəsidir.Bəzi rayonlarda icra başçıları dövlət atributuna dırnaqarası yanaşır və baxımsızlıq edirlər. Analoji olay bu yaxınlarda Şəmkir rayonunda qeydə alınıb. Əməkdaşımızın verdiyi məlumata görə, rayonda bu yaxınlarda inşa edilmiş Bayraq Meydanında asılmış üçrəngli bayrağımızın baxımsızlığı üzündən onun parçası cırılıb. Rayonun icra başçısı Nazim Veyisovun bu məsələyə dırnaqarası yanaşmasının məntiqi nəticəsidir ki, bu gün Şəmkirdə dövlət bayrağımızın sıradan çıxması müşahidə edilir. Üstəlik, o da məlum olub ki, dövlət büdcəsindən ayrılmış pulun da mənimsənilməsi halları diqqəti çəkir. Çünki bayrağın parçasının keyfiyyətsiz məhsuldan düzəldilməsi onun cırılmasına gətirib çıxarıb.Həmçinin bildirilir ki, Nazim Veyisov Bayraq Meydanına o qədər etinasız yanaşır ki, hətta meydanın ətrafı tamamlə zibilliyə çevrilib. Hər halda bir icra başçısının dövlət atributuna bu şəkildə yanaşması heç də xoşagələn deyil.
Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq
Xalq.az


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər