Naxçıvanda uzun saçlı və saqqallı tələbələr dərsə buraxılmır
23-10-2013, 18:10
Oxunub: 4 681
Bir balaca saçı olan oğlan tələbələri dərsə buraxmırlar. Təhsil də sıfırdı və bu rejimə görə tələbələr üniversitetdən çıxırlar.
Bu barədə Qaynar.info-ya Naxçıvan Özəl Universitetinin tələbələri məlumat veriblər.
Tələbələr yazıblar: “Bu gün hər kəsə saça görə qaib yazıblar. Bir balaca saçı olanı dərsə buraxmırlar. Təhsil də sıfırdı və bu rejimə görə tələbələr universitetdən çıxırlar. Bizim də burada əlimiz, qolumuz bağlıdır, bir şey edə bilmirik. Buradakı vəziyyəti dəyişmək üçün dəstəyə ehtiyacımız var. Bunu yetərincə ictimailəşdirmək lazımdır. Kömək edin. Hər şey öz əlimizdə olmasa da, bir olaq, bir şey edək”.
Sayt məsələ ilə bağlı Naxçıvan Özəl Universiteti ilə əlaqə saxlayıb. Özünü Universitetin rektorunun köməkçisi kimi təqdim edən Vüqar Ələkbərov faktı təsdiqləyib: “Bəli, biz tələbələrin saçının çox olmasına, üzlərinin tüklü olmasına nəzər yetiririk. Biz tələbələrə bununla bağlı xəbərdarlıq eləmişik. Bu xəbərdarlığa bəzi tələbələr əməl edir, bəziləri isə əməl etmir. Elə tələbələr var ki, saçları uzun olur. Tələbə dərsə girirsə, heç olmasa onun saçı qaydasında olmalıdır.”
Daha sonra Universitetin prorektoru İbrahim Kazımbəyli sayta zəng edərək bildirib ki, bu informasiya yanlışdır: “Biz saçı uzun yox, saqqallı tələbələrlə görüşüb danışırıq və təbliğat aparırıq ki, universitetə bu şəkildə gəlmək düzgün deyil, səliqəli olsunlar”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər