BolgeXeber.Com » Bölgə » Mingəçeviri kim idarə edir?

Mingəçeviri kim idarə edir?

16-12-2013, 12:05
Oxunub: 4 756 Vaxtıyla Heydər Əliyevin şəkillərini cırdığı iddia edilən İlham İsmayılov, yoxsa Niyazi Bayramov?

Mingəçevir Şəhər İcra Hakimiyyətində ikihakimiyyətlilik hökm sürür. Bu barədə Jam.az-a şəhərdəki mənbələrdən məlumat daxil olub. Həmin məlumata görə, Mingəçevirin icra başçısı Niyazi Bayramov olsa da, əsas fiqur kimi, başçının birinci müavini İlham İsmayılov qəbul edilir.

Məlumatlara görə, İlham İsmayılovun qurduğu sistemə uyğun olaraq, bütün idarə və müəssisə rəhbərləri icra başçısının deyil, məhz onun sözünü eşidirlər. Hətta Niyazi Bayramov bəzi işlərlə bağlı göstəriş verdiyində komandanı birinci müavindən gözləməyə başlayırlar. Üstəlik, İ.İsmaayılov başçının verdiyi tapşırıqları da olduğu kimi ünvanına çatdırmır. Əksinə, onu öz maraqlarına uyğun olaraq idarə və müəssisələrinə çatdırır.

Verilən məlumatlarda ilginc detallar da var. Həmin detallardan biri idarə və müəssisələrdən aylıq haqqın yığılmasıdır. İddia edilir ki, sözügedən qurumlar hər ay pulları toplayaraq, onu icra başçısının müavininə verirlər. İlham İsmayılov isə yığılan məbləğin cüzi bir hissəsini Niyazi Bayramova çatdırmaqla kifayətlənir.

İkinci ilginc deta lisə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılovun Azərbaycanın sabiq prezidenti Heydər Əliyevə qarşı hərəkətləri ilə bağlıdır. Şəhərdə dolaşan xəbərlərə görə, sözügedən şəxs bir zamanlar hamının gözü qarşısında Heydər Əliyevin şəkilini cıraraq, ayaqlarının altına atıbmış. Hər yerdə isə indiki hakimiyyətin banisini sərt şəkildə tənqid edənlərdən saylıb.

Həmin xəbərlərdə iddia edilir ki, bundan xəbərdar olan insanlar hətta keçmiş icra başçısı Mübariz Ağayevi və daha sonra Niyazi Bayramovu xəbərdar da ediblərmiş. Amma bu xəbərdarlığın heç bir faydası olmayıb.

P.S. Yaxın günlərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin 9 aylıq hesabatının yalançı rəqəmlər üzərində hazırlandığına dair maraqlı məlumatları diqqətinizə çatdıracağıq.

P.P.S. Yazıda adları çəkilən şəxslərin mövqeyini də dərc etməyə hazırıq.
Bolgexeber.com