Mingəçevirin uşaq bağçalarından ŞOK görüntülər
16-12-2013, 16:05
Oxunub: 4 710
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Mingəçevir şəhərindəki məktəbəqədər tərbiyə müəssisələrində qidalanmanın dövlət standartına uyğunluğunu araşdırıb:
- Araşdırma zamanı müəyyən olunub ki, 5 saylı “Arzu” körpələr evi-uşaq bağçasında qidalanma ilə bağlı ümumi vəziyyət “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələblərinə uyğun deyil. Belə ki, qidalanma azyaşlıların yataq otağında həyata keçirilib, müəssisənin mətbəxi və anbarı standartın tələblərinə və sanitariya qaydalarına cavab verməyib, naharda qida çatışmazlığı müşahidə olunub, anbarda isə ərzaq çatışmayıb. Bundan başqa verilən qidada uşaqların yaş fərqi nəzərə alınmayıb, ərzağın mənşəyini əks etdirən heç bir sənəd təqdim edilməyib.
12 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçasında aparılan dövlət nəzarəti nəticəsində də qidalanma ilə bağlı ümumi vəziyyətin dövlət standartına uyğun gəlmədiyi müəyyən olunub. Yataq otağında nahar edən azyaşlılara verilmiş qidalarda yaş fərqi nəzərə alınmayıb, qida rasionuna uyğun menyu tərtib olunmayıb, mətbəxdə ərzaq məhsullarının saxlanılması sanitariya normalarına uyğun gəlməyib. Anbarda rütubətlilik normaya uyğun gəlməyib, ərzaq məhsulları ilə yuyucu kimyəvi vasitələrin bir yerdə saxlandığı aşkar edilib. İstifadə olunan ət və süd məhsullarının təhlükəsizliyi və keyfiyyəti ilə bağlı müvafiq sertifikatları və digər sənədlər təqdim olunmayıb.
Hər iki müəssisədə aşkar olunmuş nöqsanlarla əlaqədar müəssisə rəhbərlərinə iradnamə təqdim olunub, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər