BolgeXeber.Com » Bölgə » Qazaxda uşaq bağçalarında dözülməz vəziyyət

Qazaxda uşaq bağçalarında dözülməz vəziyyət

17-12-2013, 17:30
Oxunub: 3 300 Gələcəyımizi etibar edəcəyimiz uşaqlara hərtərəflı qayğı və diqqət dövlətin bir nöpmrəli vəzifəsidir. Mənsubiyyətindən və irqindən asılı olmayaraq bu yanaşma bütün ölkələrdə beləcə qimətləndirilir. Adi ağacın gələcəyı də onun zoğunun necə inkişaf etməsindən asılıdır. Hazırda hər bir dövlət uşaqlara xüsusi qayda ilə yanaşaraq onların xoş və firəvan inkişafı üçün qanunlar yaradır, həmin qanunların həyata keçirilməsini öz strukturuna əsasən aidiyyəti orqanlara tapşırır. Bu barədə çox danışmaq, çox yazmaq olar. Çünki bunar hamısı gözlərimiz qarşısında baş verən canlı proseslərdir.
Laskin çox təəssüflər olsun ki, uşaqlar üçün yaradılmış qayda-qanunlara yerlərdə əməl olunmur, məktəbəqədər tərbiyə müəssisələrində onların yeməyinə kimi müdiriyyət tərəfindən talan edilir. Bu məsələni bilə-bilə göz yumanlar və onlara havadarlıq edənlər də heç vaxt məsuliyyətdən yaxa qurtara bilməməlidir. Hamımıza da yaxşı məlumdur ki, son 2 ildə uşaq bagçaları təhsil müəssisələrinin əllərindən alınıb icra hakimiyyətlərinin tabeçiliyinə verilmişdir. Səbəb nə idi, o da bilinmədi? Millət o qədər aldanıb ki, düz söz də deyiləndə də yenə adamın inanmağı gəlmir. Belə başa düşək ki, bağçaların təhsildən alınıb icra hakimiyyətinə verilməsində məqsəd , guya yaxşı büdcəyə malik olan icra hakimiyyəti uşaqların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görmək idi. İnsafən təhsilin nəzdındə olanda hazırkı kimi eybəcərlıklərə təsadüf olunmurdu.
Deyilənlərə əyani misal kimi diqqətimizi Qazax Rayon İcra Hakimiyyətinin Qazax şəhər 3 saylı körpələr evi - uşaq bağçası cəlb etdi. İcra hakimiyyətinin tam qənşərində fəaliyyət göstərəın bağçaın binasının özündən belə təhlükə “qoxusu” gəlir. Fərz edək ki, binanın istismar vəziyyətinin qurtardığından məlumatlandıq. Bəs bağçanın daxilində nələr baş verir?

Uşaqlar supdan savayı heç nə yemirlər
Qazax şəhər 3 saylı körpələr evi-uşaq bağçası rayonda ən böyük məktəbəqədər tərbiyə müəssisələrindən biridir. 90-na yaxın uşağı olan bağçanın xeyli də işçi qüüvvəsi vardır. Bağçaya kifayət qədər ət, yağ, qənd, şəkər tozu, kənd təsərrüfatı məhsulları, süd vəs. müxtəlif adda qida məhsulları verilməsinə baxmayaraq uşaqlar yalnız supla təmin olunurlar. Mənbənin verdiyi məlumata görə bağçanın müdiri Nəzakət İsğəndərova təxminən 23 ildir ki, bu vəzifəni daşıyır. Körpə və uşaqların “halal” etdiyi qida məhsulları hesabına özünə lazımi şəraiti yaradıb. Hətta elə an olur ki, bağçaya lazım olmayan digər əşyalar da mağazadan alınaraq şəxsi məqsədlər üçün istifadə edilr.

Nəzakətin əli, Ziba ilə Nəzifənin əməli
Ziba və Nəzifə xanım köhnə adda desək, şəhər icra nümayəndəliyinin baş mühasib köməkçiləridir. Bağça da icra nümayəndəliyinə tam bitişikdir. Valideynlərin söylədiyinə əsasən bağçaya ərzaq və digər adda məhsul daxil olan kimi həmin məhsullar adları çəkilən şəxslər tərəfindən yaxşıca bölüşdürülərək evlərinə aparılır. Hətta bu məsələdən xəbərdar olan şəhər üzrə icra nümayəndəsi Rövşən Nəbiyev dəfələrlə işçilərini danlayıb. Lakin bahalıq şəraitində onlara danlanmaq da keçməyib...

Pozulmuş əmək intizamı
“Koxanı ğör, kəndi çap”-deyib atalar. Bağçada rüşvətə hədsiz meyilli olan Nəzakət İsgəndərova işçilərindən ayda 10 manat yığmağından əlavə, onların işə davamiyyətsizliyindən də faydalanır. Bagçanın müsiqi müəlliməsi Vəfa Zeynalova körpə və uşaqların qulağını musiqi səsinə həsrət qoyub. Musiqi müəlliməsinin səsi ağır notlarla xarici ticarət mərkəzlərindən gəlməsi çoxlarına məlumdur. Əlbəttə, Bu şəraiti də Nəzakət İsğəndərovanın, məhz özü yardıb. O da düşündürücüdür ki, müdirə orta təhsilli bir xanımdır. Bu da Qazaxda bir yenilikdir ki, heç bir pedaqoji təhsilə malik olmayan Nəzakət İsgəndərova bu “posta” necə yiyələnib və hansı əsasla müdirə işləyir?

Pulsuz bağçanın pullu günləri
Valideynlər onu da söyləyirlər ki, bağçaya uşaq götüzdürmək yalnız pulla başa gəlir. Xanımın məzənnəsi 50 manata qədərdir. Lap ağlayıb-sızlayanı da boş buraxmayıb 10 manatı da olsa əlindən alır. Bu işlərin hamısı 62 yaşlı müdirənin 2-ci mərtəbədəki kabinetində cərəyan edir. Ay ərzində də hər valideyn 1 manat verməyə “borcludur”. Bundan əlavə, Nəzakət xanım işçiləri ilə də yaxşı yol getməməsi haqqında da söz-söhbətlər vardır.

Gülayə Həsənovanın kadrı “havada” qalıb
Əmək Qanunları Məcəlləsində yaşla əlaqədar işçinin işdən uzaqlaşdırılmaması Qazaxda bir problem kimi qalmaqdadır. Oldu-olmadı işdən çıxarılmaq məqamına gəldikdə asanca yuxarı orqanları yazı-puzu ilə “bezdirirlər”. İşdə “qreki” olan müdirlər də məcburdurlar ki, 70 yaşa kimi həmin adamla müqavilə bağlasınlar. Araşdırılsa bəzi rayon təşkilatlarında bu hal labüddür. Qazax şəhər 3 saylı körpələr evi-uşaq bağçasında da yaşı 65-i haqlayan Nəsibova soyadlı qadının öz xoşuna çıxmayacağını görən Qazax Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə
müavini Gülayə Həsənova oraya öz “kadrını” göndərib. Hələ ki, işdən çıxmayacağını bəyan edən Nəsibovanın bu hərəkətlərindən təngə gələn başçının müavininin “kadrı”, deyilənə görə Gülayə Həsənovanin iş otağını “su yolu”na döndərib. Görünür, müavin qadın oraya heç vaxt xətrə adam göndərməz... Onu da qınamaq düz deyil. “Bal tutan barmaq yalayar”. Aldığımız məlumata görə, bağça müdirəsinin habadarı Gülayə Həsənovanın özüdür. Belə olmasaydı, gələcəyimiz olan uşaqların bağçada bir qarını ac, bir qarını tox olmazdı. Heç olmasa bağçaya gətirilən süddən həssas dad və iy üzvlərinə malik məsum körpələr də dadardı. Təbii ki, bağça müdirəsi Nəzakət İsgəndərovanın tamahı, Gülayə Həsənobanın isə havadarlığı olmasa...
İlham Hacalı