Ağsunun İcra başçısı şagirdlərə köhnə paltar satdırır
25-12-2013, 13:20
Oxunub: 4 588
Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin tələbi ilə Təhsil Şöbəsinin müdiri məktəb direktorlarının qarşısında tələb qoyub. Direktorlar şagirdlərə məktəbli forması yerinə icra başçısının gətirtdiyi paltarları satmalıdır. Bu barədə redaksiyamıza Ağsu rayonundan daxil olan oxucu məktubunda yazılıb. Oxucu qeyd edir ki, icra başçısı ikinci əl paltarları orta məktəb direktorlarına göndərərək forma adı ilə satılmasını tələb edir: “Bu paltarlar məcburi şəkildə şagirdlərə verilir ki, səhəri gün ailələrindən pul alıb gətirsinlər. Nəticədə məktəb direktorları şagirdlərin valideynləri ilə üz-üzə qalır. Üstəlik həmin ikinci əl paltarlar təzə paltarlardan ikiqat artıq qiymətə satılır.” Daha sonra qeyd olunur ki, şagirdlərin paltarları almadığını görən rayon təhsil şöbəsinin rəhbərliyi məktəb direktorlarına təzyiq göstərməyə başlayıb. Məktəb direktorlarına tapşırılıb ki, həmin paltarları almayan şagirdin qalın paltar geyinməsinə qadağa qoyulsun və şagird məcburən icra başçısının göndərdiyi paltarları alsın. Şagirdlərdən pul yığa bilməyən direktorlar isə məcburən həmin məbləği müəllimlərdən toplayır. Direktorlar yığdıqları pulu Ağsu rayon Təhsil Şöbəsinə çatdırır. Biz məktəbli forması tələb edirik Ağsu məlumat yanlışdır: “Biz sadəcə şagirdlərdən məktəbli formalarında gəlmələrini tələb edirik. İcra hakimiyyətindən bizə heç bir göstəriş verilməyib. Biz heç bir direktoru məcbur etmirik və müəllimlərdən də heç nə toplamırıq”. Təhsil Şöbəsinin müdiri məktəblərin istilik sistemi ilə təhciz edilməsi ilə bağlı irada münasibət bildirdi və faktı dolayısı ilə təsdiqlədi: “Məktəblərin əksəriyyəti odunla qızdırılır. Bundan başqa, maye qazla qızdırılanlar da var. Şəhər məktəblərindən 5 nömrəli məktəbdə istilik sistemi yoxdur. Orada indi əsaslı təmir gedir, amma digər məktəblərdə istilik sistemi var. Onu da qeyd edim ki, bəzən qazın təzyiqinin az olduğu vaxtlarda istilik zəif olur”. axar.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər