BolgeXeber.Com » Bölgə » Ağdaşın icra başçısının ərzaq biznesi

Ağdaşın icra başçısının ərzaq biznesi

26-12-2013, 11:00
Oxunub: 3 782 Ağdaşın icra başçısı qısa müddətdə büdcənin 200 min manatını bu işə sərf edib

Ağdaşın icra başçısı Tofiq İbrahimovla bağlı ortaya yeni məlumatlar çıxmaqdadır. Qeyd edək ki, rayonun rəhbərinin adı bir müddət əvvəl yerli təhsil şöbəsinə ayrılmış 300 min manatdan artıq vəsaiti öz məqsədləri üçün istifadə etdiyində hallanmışdı.

Həmin məlumatda vurğulanırdı ki, Tofiq İbrahimov Ağdaşın təhsil şöbəsinə bir sıra avadanlıq və inventarların alınması üçün ayrılmış 300 min manata yaxın pulu rayonun abadlaşdırılmasına sərf etməsini tələb edib. Həmin vaxt təhsil şöbəsinin müdiri Lütfi Paşayevin bununla bağlı bəzi işlər gördüyü, lakin ayrılmış pulun bir qismini nəzərdə tutulan işlərə sərf etdiyi vurğulanırdı.

Bununla bağlı açıqlama jam.az-a verən Paşayev isə bildirmişdi ki, onun icra başçısı ilə heç bir problemi yoxdur. Onun sözlərinə görə, Ağdaşda heç bir abadlıq və quruculuq işində iştirak etməyib və bunun üçün pul da sərf etməyib. Həmçinin onu da qeyd etmişdi ki, yazılan 300 min manatdan belə xəbəri yoxdur. Amma rəsmi qaynaqlar birmənalı olaraq təsdiqləyir ki, həmin pullar büdcədən ayrılıb və istifadə istiqamətləri də göstərilib.

Tofiq İbrahimovla bağlı üzə çıxan yeni məlumatlar isə icra başçısının rayonda ərzaq biznesinin olması ilə bağlıdır.Araşdırmalarına görə, Ağdaşın İcra Hakimiyyəti Ağdaş şəhər İcra Nümayəndəiyinə çörəyin satın alınması üçün 20240 manat pul ayırıb. «Qala-S» MMC tərəfindən həyata keçirilən satın alma işlərinin plana uyğun nəzərdə tutulmuş dükanlardan aldığı qeyd olunur.

Ancaq Tofiq İbrahimovun ərzaq biznesinin əhatə dairəsi bununla yekunlaşmır. Həmçinin Ağdaş Şəhər İcra Nümayəndəliyi üçün ərzaq mallarının satın alınmasına daha 70248 manat pul ayrılıb. «QRO-010» MMC tərəfindən həyata keçirilmiş prosesin bəzi sirli məqamları da var. İddia edilir ki, ərzaqın alınmasının səndləşməsində göstərilən dükan icra başçısının yaxınlarına məxsusdur. Hətta o da qeyd olunur ki, həmin pula heç nə alınmayıb, sadəcə, silmək üçün sənədləşdiriblər.

Yenə həmin icra nümayəndəliyinə ət və süd məhsullarının alınmasü üçün də az məbləğdə pul ayrılmayıb. Ağdaşın İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulan alqı-satqı işləri üçün 96 min manatın «başını bağlayıblar». «RXE-09» MMC tərəfindən reallaşdırılan bu əməliyyat da digərlərindən fərqlənməyib.

Rayondan gələn xəbərlərə görə, Tofiq İbrahimovun bu qəbildən olan işləri çoxdur. Və onların hamısı hansısa xərcləri ört-basdır etmək üçün nəzərdə tutulur.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
Bolgexeber.com