Naftalanın icra başçısı Natiq Aslanovla bağlı sensasiyalı iddia
26-12-2013, 12:20
Oxunub: 5 750
Naftalanın şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanovla bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Belə ki, onun “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə zidd olaraq çalışdığı iddia olunur. Bu barədə redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, Natiq Aslanov həqiqi hərbi xidmətdə olmasa da, icra strukturunda çalışır. Məlumatda qeyd olunur ki, Natiq Aslanov həqiqi hərbi xidmətdən yayınsa da, dövlət qulluqçusu statusu ala bilib.
Dünən bu barədə yayılan söz-söhbətlərə aydınlıq gətirmək üçün Naftalan Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsinə daxil olduq. Məlum oldu ki, icra başçısı kimi Natiq Aslanovun həqiqi hərbi xidmətdə olması barədə qeyd yoxdur. Natiq Aslanovun icra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilən tərcümeyi-halı isə belədir: Aslanov Natiq Musa oğlu 1976-cı il avqust ayının 22-də Naftalan şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının mühəndis iqtisadiyyatı və idarəetmə fakultəsini bitirib. 2000-ci ildən 2004-cü ilə kimi “Kəpəz” firmasında alqı-satqı üzrə menecer, 2004-2010-cu il tarixlərində “Tam İnşaat” MMC-nin direktoru vəzifəsində çalışıb. 2010-cu il 25 yanvarında icra başçısı təyin edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər