BolgeXeber.Com » Bölgə » Sabirabad rayonu Baytarlıq idarəsi və Laboratoriyasında özbaşınalıq

Sabirabad rayonu Baytarlıq idarəsi və Laboratoriyasında özbaşınalıq

26-12-2013, 16:05
Oxunub: 8 064 Redaksiyanın elektron ünvanına Sabirabad rayon sakini Axundov Eminağa Elxan oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur.
Həmin məktubu olduğu kimi təqdim edirik: Mən Axundov Eminağa Elxan oğlu, Sabirabad rayon sakiniyəm. 2011-ci ildə Sabirabad Zona Bioloji Təhlükəsizlik Laboratoriyasına laborant vəzifsinə qəbul olmuşam. İşlədiyim müddət ərzində işcilərin və özümün şəxsi əmək kartımın verilmədiyinin şahidi oldum. Heç kimdə bunu tələb edə bilməzdi, çünki işdən qovulacağıyla hədələnirdi. Uzun sözün qısası məndə bu haqsızlığa dözməyərək şəxsi əmək kartımı tələb etdim. Və elə həmin günü işdən azad olundum. Məni öz şəxsi imzam və yazılı ərizəm olmadan, işden azad ediblər. Bu nə dərəcədə düzgündür? Məndə bu faktla bağlı Rayon Rəhbərliyinə, şikayət xarakteri olmayan, işimə yenidən bərpa olunmağımla bağlı yazılı muraciət etmişəm, bildirilib ki, verin məhkəməyə. Mən isə hörmət xatirinə bunu etməmişəm. Çünki dəfələrlə mən Baytarlıq Laboratoriyasına getmişəm,deyilibki: az qalıb səbrli ol, pensiyaya çıxan olacaq, səni isə bərpa edəcəm. Rayon İcra Hakimiyyətinə müraciət etdiyimi bilən Oqtay Xəlilov, mənə hədə-qorxu gələrək deyib: Get hara istəyirsən şikayət et,əlindən nə gəlirsə et. Səni isə götürmeyəcəm. Mənimdə şərəf və ləyaqətim alçaldığı üçün, mənim şəxsi haqqımı tələb etdiyim üçün, zorakılığa məruz qalmağımla, qeyri-qanuni başqasının mənim adımdan ərizə yazmasıyla barışa bilmirəm. Artıq 2 ildir işimdən haqsız azad olunmuşam. Çox böyük əziyyətlə oxumuşam, Fərqlənmə diplomu ilə bitirmişəm, sonda isə mənə verilən qiymət bu olub. Sizdən xahiş edirəm bu məsələdə yardımınızı göstərəsiniz. Əvvəlcədən dərin təşəkkürümü bildirirəm.