BolgeXeber.Com » Bölgə » Füzulidə daha bir qəsəbəyə mavi yanacaq verildi-Foto

Füzulidə daha bir qəsəbəyə mavi yanacaq verildi-Foto

26-12-2013, 20:30
Oxunub: 3 124 Bolgexeber.com bildirir ki,Füzuli rayonunun Dördüncü Zobucuq qəsəbəsinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi, ictimaiyyət nümayəndələri, qəsəbə ağsaqqalları iştirak etmişlər.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək respublika əhalisinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə genişmiqyaslı işlər həyata keçirildiyini bildirmiş, uzun müddət təbii qaz almayan yaşayış massivlərinin “mavi yanacaq”la təmin olunduğunu vurğulamışdır.
Rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verən Alı Alıyev qəsəbə sakinlərini əlamətdar gün münasibəti ilə təbrik etmişdir.
Qeyd edək ki, 400 abonenti olan qəsəbənin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 16140 kilometr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilmiş, 400 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra rəmzi məşəl yandırıldı və evlərə mavi yanacağın verilməsinə baxış keçirildi.
Bolgexeber.com