«Siyəzən Broyler» də çox cidd pozuntular var
8-01-2014, 09:00
Oxunub: 5 218
ASC-də çox mühim yeyinti faktları aşkarlandı
Siyəzəndə “Siyəzən Broyler” ASC-nin işçiləri etiraz aksiyası keçirəndən sonra müəssisənin gerçək sahibi, vergilər naziri Fazil Məmmədov orada audit yoxlaması keçirmək barədə göstəriş verib
Daxil olan vəsaitlərin mənimsənilməsi ilə bağlı nazirin şübhələri olub. Bu barədə saytımıza müəssisədəki mənbələrdən məlumat daxil olub. Mənbə deyir ki, F.Məmmədovun şəxsi tapşırığı ilə Vergilər Nazirliyinin Vergi Auditi departamentinin gənc auditoru 2 aylıq Siyəzənə ezam edilib və audit aparıb. Auditin nəticələri şəxsən nazirin özünə məruzə edilib və korrupsiya faktları detallarına qədər göstərilib. Söhbət bir neçə yüz min manatlıq mənimsəmə faktından gedir. Bu yaxınlarda müəssisə rəhbərliyinin cəzalandırılması gözlənilir. Korrupsiyanın başında isə müəssisənin baş mühasibi Azad Tağıyevin durduğu bildirilir. Auditorun işindən razı qalan naziri onu bahalı avtomobillə mükafatlandırıb. Yada salaq ki, bu ilin mart ayında əmək haqlarının azlığından şikayət edən Siyəzən sakinləri magistral yolu bağlayıblar. Aksiya şirkət rəsmilərinin müraciətindən sonra başa çatıb. Bundan dərhal sonra isə F.Məmmədov auditoru Siyəzənə ezam edib. “Siyəzən-Broyler” ASC 2010-cu ildə investisiya müsabiqəsi yolu ilə özəlləşdirilib. Müsabiqənin nəticələrinə əsasən, F.Məmmədova yaxın olan “MONOLİT–D LTD” firması qalib elan olunub. azerinews
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər